Avronest PA-nın 9-cu sessiyası başa çatıb

Avronest PA-nın 9-cu sessiyası başa çatıb.

dogruxeber.tv "Report"a istinadən xəbər verir ki, onlayn formatda işini davam etdirən Avronest PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

Plenar iclasda öncə 2019-cu il dekabrın 9-10-da Tbilisidə keçirilmiş 8-ci sessiyanın protokolu təsdiqlənib. Sonra Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun komitələrində baxılmış məsələlərə dair həmməruzəçilərin təqdimatları dinlənilib.

İclasda COVID-19 pandemiyası bitəndən sonra Şərq Tərəfdaşlığının dirçəlişi, dayanıqlığı və demokratikləşmə perspektivləri mövzusunda debatlar aparılıb. Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda azad və plüralist KİV-lərin rolu barədə müzakirələrdə bir sıra təkliflər səslənib. Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi təhlil olunub. Milli nümayəndə heyətlərinin üzvləri Avropada enerji siyasətinin möhkəmləndirilməsi imkanları və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması, eləcə də gündəlikdəki digər məsələlər barədə fikirlərini bölüşüblər.

Müzakirələrdə Şərq Tərəfdaşlığının gələcəyinə dair təkliflər irəli sürülüb. Şərq Tərəfdaşlığı ölkələrində demokratikləşmə prosesləri, mövcud ictimai-siyasi vəziyyət, dayanıqlığın və təhlükəsizliyin artırılması, həmçinin bölgədə gedən proseslərdə Avropa İttifaqının daha yaxından iştirakı barədə fikir və mülahizələr səsləndirilib.

Müzakirələr zamanı Milli Məclisin deputatları Azər Kərimli və Hicran Hüseynova erməni deputatların Azərbaycanın əleyhinə səsləndirdikləri fikirlərə obyektiv reallıqdan çıxış edərək, konkret faktlara istinadən kəskin cavablar veriblər, erməni tərəfinin yalanlarını və böhtanlarını ifşa ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib ki, “Avropa dövlətləri və institutları, o cümlədən ATƏT-in Minsk qrupu 30 il ərzində regionda mövcud olan münaqişəni sülh yolu ilə həll edə bilməyiblər. Hazırda biz bölgədəki qarşıdurmaya və nifrətə son qoyaraq yeni səhifə açırıq. Biz regionun gələcəyini qurmağa başlayırıq. Nəticədə Ermənistan da daxil olmaqla regionun bütün ölkələri tərəqqi etmək imkanı qazanacaq. Təəssüf ki, bu baxımdan Ermənistan tərəfin müvafiq addımları müşahidə olunmur. Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanmasına baxmayaraq, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bu sessiyadakı çıxışında dəfələrlə qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi hələ bitməyib. Əgər bu revanşizmə və nifrətə açıq çağırış deyilsə, bəs nədir?”

Plenar iclasda aparılan müzakirələr başa çatdıqdan sonra gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. Bununla da Avronest Parlament Assambleyasının iki günlük 9-cu növbəti sessiyası işini başa çatdırıb.

Oxunub: 659

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər