Nazir “birinci qrup əlil statusu verilsin” dedi, amma… - NARAZILIQ!

dogruxeber.tv: - İmişli şəhəri, Pənah Həsənov küçəsi, 47 saylı evin sakini Sadıqova Şövkət Əsgər qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Biz, ailə olaraq çox yoxsul yaşayırıq. Xəstə övladım Əzizov Rəşad Yaşar oğlu birinci qrup əlil olsa da, ikinci qrup əlil statusu verilir. Səhiyyə naziri Oqtay Şirəliyev İmişli rayonunda səfərdə olanda Rəşad Yaşar oğluna baxdı və tələb etdi ki, bu uşaq birinci qrup əlildir, buna birici qrup əlillik verin. Nazir övladımın pensiyasının birinci qrup olması barədə təcili göstəriş versə də, əksinə, ötən il pensiyanı birdəfəlik dayandırıb, altı ayını vermədilər.
Nazir “birinci qrup əlil statusu verilsin” dedi, amma… - NARAZILIQ!

Elə olur ki, günlərlə çörək tapmırıq. Həyat yoldaşım Yaşar da əsəb xəstəsi, huşsuz olsa da, o da pensiya almır. Evimiz də qəzalıdır, sel zamanı döşəmə çürüyüb. Hətta hamamımız olmadığına görə, döşəməsi çürük otaqda yuyunuruq. Əlil oğlum Rəşad da həmin çürümüş döşəməsi olan otaqda yatır.

Bizim bu qəzalı evimizdən İkinci Qarabağ Vətən Müharibəsində Sabir Hikmət oğlu Əzizli şəhid olub. Bizi axtaran yoxdur. İmişli Rayon İcra Hakimiyyətində hər iki başçısının qəbulunda olmuşuq. Bizi eşidən olmadı. “Messenat Holding” prezidenti Hacı Tofiq İsayev dəstə ilə gəlmişdilər. 20 mart 2021-ci ildə – Bayram günü gəlsələr də, bir çürük qoz belə gətirməmişdilər.

Hörmətli Mehriban xanım!

Oğlum Əzizov Rəşad Yaşar oğlunun döşəməsi çürümüş otağın içərisində çəkilmiş şəklini də bu məktuba əlavə edirəm. Bizim çətin vəziyyətimizi nəzərə alıb, özümün və həyat yoldaşım Yaşarın işsiz olmağımızı, əlil oğlumuza görə mənə də pensiya kəsilməsini, hətta mümkünsə sosial yardım verilməsini, bu evdən müharibəyə gedən, şəhid olan oğul xatirinə bizim harayımızı eşitmənizi xahiş edirəm”.//dia.az

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər