“80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım...” - GİLEY

dogruxeber.tv:- “27 il əvvəl Ağdərə uğrunda döyüşlərdə sağlamlığımı itirmişəm, müharibə veteranıyam. 27 ildə qapımı döyüb soruşan olmayıb ki, ay veteran, axı sən canını bu vətən üçün fəda eləmisən, nəylə qidalanırsan, necə dolanırsan...”

DİA.AZ xəbər verir ki, Göyçayın Aşağı Qaraməryəm kənd sakini Mehrab Cəbiyevin 45 yaşı var. 1994-cü ilin yanvarında hərbi xidmətə çağırılıb. Həmin ilin aprelində Ağdərə istiqamətində gedən döyüşlərdə hər iki qolundan yaralanıb. Hospitallarda keçdiyi uzunmüddətli müalicələrdən sonra sol qolu bərpa olsa da, sağ qolu fəaliyyətini həmişəlik itirib. Bu üzdən də o vaxtdan əmək fəaliyyətiylə məşğul ola bilmir. Deyir, hazırda ailəyə daxil olan gəlir aldığı veteran təqaüdüdür – 80 manat... Bu pulla isə dolanmaq mümkün deyil.
“Çox acınacaqlı vəziyyətdə yaşayırıq. 80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım... Ayağımızın altındakı döşəmə betondur, illərdir ki, beton döşəmənin üstündə yatmaqdan xəstəlik tapmışıq. Evin tavanı az qala üstümüzə gəlir, yağış başımıza yağır. Hökumət müharibə iştirakçısına 80 manat təqaüd kəsməklə işini bitmiş hesab edir. Döyüşüncə, yaralanınca vətəndaş hesab olunursan, yaralandın, sağlamlığını itirdin, vəssalam, heç kimə lazım deyilsən...” ,-şikayətçi deyir.

Mehrab Cəbiyev deyir, əlilliyin təyinatı üçün illərdir ki, müraciət etsə də, süründürməçiliyə məruz qalır: “Məni dəfələrlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yönləndirdilər, hər dəfə stasionar müalicə adıyla orda yatırtdılar. Hər dəfə də TSEK cavab göndərirdi ki, təzədən müalicə təyin olunsun. Hər dəfə də sənədlərdə saxtakarlıq edirdilər, 12 gün stasionar müalicədə olduğum halda sənədə 4 gün qeyd edirdilər, sonra da üzrxahlıq edirdilər ki, guya səhvən olub. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə getdim ki, dərdimi nazirə üzbəüz deyim. Nazir qəbul etmədi, güc-bəlayla bir şöbə müdirinin qəbuluna düşə bildim, o da sənədləri aldı, heç üzünə də baxmadı, atdı kənara, dedi, yaxşısı budur qayıt rayona, Məşğulluq Mərkəzinə müraciət elə, dövlət işsizlər üçün məşğulluq proqramları təşkil edib, get qoşul, sənə də qoyundan-inəkdən versinlər, saxla, başını dolandır. Mən də dediyi kimi etdim, qayıdıb Məşğulluq Mərkəzinə müraciət etdim, 2 il keçir, hələ də xəbər yoxdur. Ünvanlı sosial yardım da vermirlər, deyirlər, ayağında pay torpağı var. Bir sözlə, nəfəsimizi hərtərəfli kəsiblər”.

Ötən ilədək ailəni evin 16 yaşlı oğlu əkin sahələrində işləyərək dolandırırmış. Ötən il o da Şirvan gölündə boğularaq həyatını itirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən vətəndaşa gələn sonuncu məktubda qeyd olunub ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat dövlət səhiyyə müəssisələri tərəfindən müəyyən edilmiş göndərişlər əsasında müəyyən olunur. Mehrab Cəbiyev hərbi-həkim komissiyasının travmanın səbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalıdır. Göndəriş (forma88) rəsmiləşdirildiyi halda əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar verilə bilər.
“80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım...” - GİLEY





“80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım...” - GİLEY





“80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım...” - GİLEY

Oxunub: 716

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər