FHN-nin Modul Tipli Hospitalının baş həkiminin əməllərini ört-basdır etməyə çalışırlar - İDDİA

dogruxeber.tv: - Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməllərinin ifşa edilməsi və xəstəxanada qanunsuz fəaliyyət göstərən iki müxtəlif mühafizə xidmətinin əməlləri barədə məlumat vermişdik. Qeyd etmişdik ki, sözügedən şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi barədə məlumat daxil olub.

Bildirilir ki, İ.Ağayev müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə edib, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb. Sonra bu pulu aralarında bölüblər.

Qeyd edək ki, bir ay öncə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşaraq əməkhaqlarının verilməməsindən şikayətçi olublar. Həmçinin onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyiblər. Əməkdaşlar aylardır əməkhaqlarını ala bilmədiklərini də qeyd etmişdilər.

Bu arada, “Hürriyyət”in əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla rüşvət başında həbs edilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsdən azad edilməsi üçün xəstəxananın personalına zorla imza atmaq tələb olunur. İmza atılmadığı təqdirdə isə işçi heyəti işdən çıxarılmaqla hədələnir.

Ötən buraxılışımızda FHN-in Modul tipli xəstəxanasında iki fərqli mühafizə xidmətinin olmasıyla bağlı məlumat vermişdik. FHN və mülki mühafizə xidmətləri….Mülki mühafizənin rəisi Elçin, FHN-in mühafizə xidmətindən isə Mustafa adlı şəxslər…Qeyd etmişdik ki, mülki mühafizə xidmətinin xəstəxanada olması onu göstərir ki, bu şəxslər xəstələrlə xəstəxana rəhbərliyi arasında “bağ” rolunu oynayıb. Əgər, burda korrupsiya faktı varsa, niyə bu şəxslər də məsuliyyətə cəlb edilməyib? Hər halda onlar korrupsiya faktıyla həbs edilən baş həkim İmran Ağayevin əlaqələndirici köməkçiləri olub. Əldə etdiyimiz məlumata görə, sözügedən mülki mühafizə xidməti də məhz bununla əlaqədar xəstəxanaya gətirilib. Görünür ki, korrupsiya faktıyla həbs edilmiş baş həkim İmran Ağayevin “əlaltı” rolunu oynayan sözügedən şəxslər qanunsuz əməllərini hələ də davam etdirirlər. Qanunları saymayan bu şəxslər korrupsiya faktıyla həbs edilmiş baş həkimin və öz əməllərini ört-basdır etmək üçün tibb personalını belə işdən çıxarmaqdan çəkinmirlər.

Ötən buraxılışımızda da qeyd etmişdik ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirilən əməliyyatda adını sadaladığımız şəxslərdən ya xəbərsiz olub, ya da “arxası” güclü olan bu şəxslər həbs edilməkdən belə qorxmurlar. //hurriyyet.az//

Oxunub: 904

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər