"Bazarstore” istehlakçıların hüquqlarını pozmaqda öndədir - Marketlər “endirim” adı ilə müştəriləri aldadır

dogruxeber.tv: - Marketlərin “endirim” adı altında istehlakçıların hüquqlarını pozmaları geniş yayılmış dələduzluq üsuludur. Piştaxtada malın əvvəlki qiyməti ilə endirimli qiymətini qeyd edib, müştəriləri cəlb edirlər, kassaya çatanda məlum olur ki, elə əvvəlki qiymət qüvvədədir. Müştəri çox alış-veriş edəndə bunun fərqinə varmır, sonradan qəbzə baxanda, heç bir endirim edilmədiyinə şahid olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Təbii ki, istənilən halda haqlı olan istehlakçı belə hallarda haqqını tələb etməkdə gecikmiş sayılır. Ən çox yayılmış dələduzluq növlərindən biri qablaşdırılması dış görünüşcə fərqlənməyən malların piştaxtada bir yerdə qoyularaq bir çeşidə edilən endirimin göstərilməsidir. Aydın olsun deyə, məsələn, “Pobeda” plitka şokoladlarının çoxsaylı növlərindən hansısa birinə endirim edib , digərlərini də bu endirimli qiymət göstəricisinin arxasında yerləşdirilməsini izah edək . Kassada isə, təbii ki, endirimsiz qiyməti vururlar. Halbuki, bütün marketlərdə malın piştaxtadakı qiyməti ilə kassa qiyməti arasında fərq olarsa, müştərinin daha ucuz qiyməti seçmək hüququ bildirilir.

"Bazarstore” istehlakçıların hüquqlarını pozmaqda öndədir - Marketlər “endirim” adı ilə müştəriləri aldadır
"Bazarstore” istehlakçıların hüquqlarını pozmaqda öndədir - Marketlər “endirim” adı ilə müştəriləri aldadır

“Bazarstore” marketlər şəbəkəsi mağazalarının sayını artırsa da, xidmətin keyfiyyətini artırmaq barədə fikirləşmir. Təsəvvür edin, 1,89 manatlıq “Domaşnee” yumru düyüsünün qiymətində 62 qəpik endirim edilib və piştaxtada 1.27 manat göstərilib. Kassada isə 1.27 manat əvəzinə 1.89 manat vurulur. Endirimli qiyməti tələb edəndə, məlum olur ki, bu malın “premium” və “əla” növlərinin birinə endirim edilib. Bəs niyə bu iki mal eyni yerə qoyulub? Hətta piştaxtadakı qiymətə uyğun hesablama istəyəndə də, ən yaxşı halda, malı geri götürüb pulu qaytarırlar . Nağdsız ödəniş edənlərin kartlarına məbləğin nə vaxt “oturacağı” isə bilinmir. Göründüyü kimi, istehlakçıların hüquqları kobud şəkildə pozulur. Amma “Bazarstore” bu pozuntulara son qoymaq əvəzinə, yeni-yeni pozuntulara yol verir. Mayın 9-da metronun “Xalqlar dostluğu” stansiyasının yanındakı marketdən 305 qramlıq pomidor sousunu piştaxtada göstərilən 0.55 manat qiyməti ilə almaq istəyən müştəriyə kassada qiymətin 1.15 manat olduğu bildirilib. Piştaxtaya baxış keçirən inzibatçı qiymətin 1.15 manat olduğunu, 0.55 manatlıq qiymətin “acılı” sousa aid olduğunu bildirib. Axı, piştaxtada, ümumiyyətlə, 1.15 manatlıq 305 qramlıq pomidor sousunun olmadığı faktına da istehlakçının ziyanına qiymət verilib .

"Bazarstore” istehlakçıların hüquqlarını pozmaqda öndədir - Marketlər “endirim” adı ilə müştəriləri aldadır

“Bazarstore”nin dələduzluq yolu ilə istehlakçılara kələk gəlməsi üzə çıxır. Market, elan etdiyi kimi, piştaxtada göstərilən ucuz qiyməti tətbiq etmək əvəzinə , şişirdilmiş qiyməti tətbiq edir. Yəqin ki, bağlantılı qurumlar “Bazarstore”nin “endirim dələduzluğuna” hüquqi qiymət verilməsini təmin edərlər. Hər halda, qanun-qayda istehlakçıların yanındadır..."

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər