"Səhliyalı" MMC-nin istehsal etdiyi məhsulların iyrənc görüntüləri-VİDEO//FOTO

Son günlər İcra Hakimiyyətlərindən gələn vətəndaş şikayətlərinə başımız o qədər qarışıb ki, digər özü öz adının əleyhinə fəaliyyət göstərən qurumlar diqqətimizdən kənarda qalıb.

Media izləyiciləri bəlkə də elə bilirlər ki, bu ölkənin yeganə problemi məsuliyyətsiz İcra başçılarıdır.

Bu heç də belə deyil. Bu cür düşünməklə, digər bəzi qurumların "haqqına girmiş" oluruq.

Məsələn, elə bizim bu yeni yaranmış Qida Təhlükəsizliyi Agentliyimiz (AQTA).

Yaxşısı budur əvvəlcə sizi məsələdən xəbərdar edək ki, sonra fikirlərimizə davam edərkən söhbətin nədən getdiyini anlamış olasınız.



Demək, sosial şəbəkələrdə "Halal nemət, 1000 bərəkət" sosislərinin içindən nə isə çıxdığını əks etdirən görüntülər yayılıb.

Həmin görüntülərdə sosislərin Hacıqabul rayonundan alındığı deyilir.

Əslində harada satıldığının fərqi yoxdur.

Problem istehsalın problemidir.

Adını "halal nemət" qoyub, hansısa yollarla halallıq sertifikatı alıb (əgər ala bilibsə), bu cür natəmiz, sözün əsl mənasında iyrənc istehsal fəaliyyəti göstərərək, haram pul qazanan bu müəssisə sözügedən görüntüyə görə yeganə günahkar deyil.

Sözügedən videogörüntünü görən kimi dogruxeber.tv İnformasiya agentliyi olaraq məsələni araşdırmaq qərarına gəldik.

İnternet üzərindən apardığımız araşdırmalarımız zamanı öyrəndik ki, "Halal nemət, 1000 bərəkət" adı ilə istehsal fəaliyyəti göstərən "Səhliyalı" ət məhsullarının adı halallıq sertifikatı olan firmalar siyahısında yoxdur.

Ümumiyyətlə, sözügedən firmanın istehsal etdiyi məhsullar üçün ətin ərəb ölkələrindən gətirildiyi, həmçinin südsüz qoca inəklərin ətindən istifadə olunmasına dair də məlumatlara rast gəldik.

"Səhliyalı" MMC-nin istehsal etdiyi məhsulların iyrənc görüntüləri-VİDEO//FOTO


Amma, yuxarıda da qeyd etdiyimiz kimi, bütün bunlara görə "Səhliyalı" yeganə günahkar deyil.

Maraqlıdır. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) niyə yaradılıb?

Əslində onlar araşdırıb, aşkar edib, mövcud problemi aradan qaldırıb, rəsmi saytlarında içtimaiətə məlumat vermək əvəzinə, niyə onlar mətbuatdan öyrənir ki, "filan yerdə antisanitariya hökm sürür?!"

Bu qədər ən kiçik qəssabxanaların belə fəaliyyətini nəzarətində saxlayan bu qurum, doğrudanmı bu boyda firmanın antisanitar fəaliyyətindən bixəbərdir?

Əslində AQTA- nin fəaliyyəti də bir ayrı geniş mövzudur və bu qurumun fəaliyyətinin görünən - görünməyən tərəfləri dogruxeber.tv İnformasiya agentliyi tərəfindən araşdırılıb daha ətraflı izləyicilərimizə təqdim olunacaq.

P.S: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə "Səhliyalı" MMC-nin rəsmi internet səhifəsində qeyd olunan (012 498-19-58) telefon nömrəsi ilə gün ərzində əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, qarşı tərəfdən telefona cavab verən olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Bütün xəbərlər