Cavid Qurbanovun “Kaspian Standart” MMC SEVDASI... - İcazə verin, şübhələnək...

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti Yol Sanitar-Karantin Müfəttişliyi bu gün “Kaspian Standart” MMC ilə iki satınalma müqaviləsi bağlayıb.

dogruxeber.tv Today.az-a istinadən xəbər verir ki, ümumi məbləği 34 min 382 manat 20 qəpik məbləğində olan müqavilələr
dəftərxana ləvazimatı cari təsərrüfat məqsədləri üçün mal və materialların və mətbəə mallarının satınalınması üçün imzalanıb.
“Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əmirov Elnur Nəriman oğludur.

“Kaspian Standart” MMC 13 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Eləcədə şirkətin qanuni təmsilçisi Elnur Əmirovla bağlı da məlumatlar məhduddur. Şirkətin reyestr məlumatlarına 16.09.2020 tarixində dəyişiklik olub. Məhz bu dəyişiklikdən sonra şirkət 7 satınalma müqaviləsi bağlayıb. 12 ildən sonra şirkət ilk satınalma müqaviləsini 24.08.2020 tarixində imzalayıb.

Şirkətin udduğu ən böyük tender isə Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi yolların əsaslı təmiri ilə bağlı olub. 28.12.2020 tarixində icra hakimiyyəti ilə MMC arasında bağlanan müqavilənin məbləği 410 053.19 AZN təşkil edib.

Satınalma müqavilələrinə diqqət etdikdə isə məlum olur ki, “Kaspian Standart” MMC çox profilli şirkətdir. Belə ki, kitabların satınalınması, yolların təmiri işləri, su xətlərinin təmiri, dəftərxana və təsərrüfat mallarının satınalınması, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması və mətbəə mallarının satınalınması kimi fəaliyyət sahəsinə malik şirkətlə bağlı açıq mənbələrdə hər hansı bir məlumatın olmaması qaranlıq məqamlardan xəbər verir. 10 manatlıq nizamnamə kapitalına malik şirkətin 12 ildən sonra dövlət satınalınmalarında qalib gəlməsi ciddi şübhələrə əsas verir…

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər