Ağcabədidə büdcə pullarına ŞƏRİK OLAN MƏMUR... - İTTİHAM

dogruxeber.tv: - Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə onu bildirir ki, Ağcabədi rayon 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynov ötən əsrin 90-cı illərində dövlət əmlakını mənimsəmə ittihamı ilə məhbəs həyatı yaşayıb. Sonradan cismi türmədən azad olsa da, ruhu şeytandan qurtula bilməyib. Hansısa kanallarla avtoyol təsərrüfatına “xod” tapıb və 33 saylı Yİİ-nə qənim kəsilib. Görünür, azadlıqdan məhrum olunma cəzası onu islah etmədiyindən, cəmiyyətdən təcrid edildiyi müddətdə itirdiklərini qısa müddətdə kompensasiya etmək üçün iki-üç qat artıq səylə çalışıb, köhnə metodla işdəycələrini davam etdirərək, nəhayətsiz kapitala yiyələnib. Ağdam yolunun üstündə özünə yanacaqdoldurma məntəqəsi, asfalt zavodu, karxanalar açıb, Bakıda “novostroykalarda” bir neçə mənzil alıb, Binəqədidə böyük ticarət mərkəzi inşa etdirib icarəyə verib, özünə və korrupsiya ortağı olan oğlu Fərid Cavadova bahalı avtomobillər kolleksiyası yığıb. Sözsüz ki, siyahısı natamam olan bütün bu sadaladığımız daşınar və daşınmaz əmlakı idarə rəisinin quru maaşla aldığını düşünmək sadəlövhlük olar.

33 saylı Yİİ-nin demək olar bütün tender və kotirovkalarının bir qayda olaraq daimi “qalibi” Vidadinin oğluna məxsus, 10 manatlıq nizamnamə kapitalı ilə yaradılmış “Fərid Ağcabədi” MMC-dir. Belə çıxır ki, Yİİ-nin sifarişini həmin firmaya “pas etməklə”, yaxud, idarənin texnikasını firmaya “icarəyə” verməklə Vidadi Hüseynov özü — özü ilə müqavilə bağlayır, dövlət vəsaitini sağ cibindən çıxarıb sol cibinə qoyur. Həmçinin, V.Hüseynovun rəhbərlik etdiyi idarənin ştat cədvəlində adı olan “ölü canlar”ın maaş kartlarını özündə saxladığı da bildirilir.

Bir müddət əvvəl isə söz yayılmışdı ki, Vidadiyə məxsus Qarqarçay üzərindəki karyerdəki quyulardan birinə iki azyaşlı uşaq düşüb. Amma uşaqların ölüm faktını Vidadi Hüseynov ört-basdır etməyə nail olub. Məsələdən xəbər tutan əhali etiraz edərək, idarə müdirindən ya karyeri bağlamağını, ya da təhlükəsizlik qaydalarını gücləndirməyi tələb ediblərsə də, hərçənd bu haqlı tələbə məhəl qoyan olmayıb.

Hadisə ilə bağlı verilən məlumatlarda bildirilirdi ki, dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat dayanmadan qum və çınqıl çıxartdıraraq, satmaqla məşğuldur. Nəticədə, qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.

Bütün bu məsələlərlə bağlı V.Hüseynovla telefon əlaqəsi saxlamaq, mövqeyini öyrənmək istədikdə zəngimizi cavablamadı. Suallarımızı onun vatsap nömrəsinə mesaj kimi göndərdikdə isə, nömrəmizi bloka saldı.

Maraqlıdır, görəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri hörmətli Saleh Məmmədovun islaholunmaz kadr Vidadi Hüseynovu vəzifədə saxlamaqda məqsədi nədir? Cavabını gözləyən əsas sual elə budur.

Oxunub: 545

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər