Ombudsman Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb

dogruxeber.tv: - Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsmanın) Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində ikisi öz peşə fəaliyyətini həyata keçirən jurnalist və biri dövlət qurumu əməkdaşı olmaqla üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.

Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Ermənistan siyasi və hərbi rəhbərliyinin vaxtilə işğal altında saxladıqları bu ərazilərə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələri, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir.

Regionda insan həyatına və sağlamlığına ciddi təhdid olan bu vəziyyət bizi dərindən narahat edir. Ölkə ombudsmanı olaraq bu barədə narahatlığımızı dəfələrlə beynəlxalq insan hüquqları qurumlarına bildirərək, insan tələfatının qarşısının alınması məqsədilə Ermənistan rəhbərliyi qarşısında müvafiq tələblərin qoyulması ilə bağlı müraciətlər etmişik. Təəssüflə qeyd etmək istərdim ki, mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana hər hansı bir beynəlxalq təzyiqin göstərilməməsi hər gün daha bir günahsız insanın həyatını itirməsinə səbəb olur. Hesab edirik ki, aidiyyəti beynəlxalq insan hüquqları qurumları baş verən bu insan hüquqları pozuntularına etinasız yanaşmamalı və mandatları çərçivəsində müvafiq addımları atmalıdırlar.

Bir daha aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edərək, baş verən bu insan hüquqları pozuntusuna etinasız qalmamağa, mandatlarından irəli gələn tələblərə məsuliyyətlə yanaşaraq Ermənistanın siyasi və hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə çağırırıq.

Ombudsman təsisatı olaraq Ermənistan siyasi və hərbi rəhbərliyinin insan hüquqlarının kobud pozuntusu ilə nəticələnən bu və digər ağır cinayət əməllərinin ifşası və onların ədalət mühakiməsinə cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər