Elmar müəllimin “gülləyə gəlmiş” villası, yüz dollarlıq şişləri...

O, gün yolumuz Göygölə düşmüşdü – eyni adlı şəhərdən keçərək eyni adlı gölə tərəf gedirdik. Mikroavtobusda 18 nəfər idik. Mən öndə, sürücünün yanında oturmuşdum.
Sürücülər söhbətcil olanda (adətən, elə olurlar), yol daha maraqlı olur. Gözünə maraqlı və çöçün görünən şeylər barədə soruşursan, həvəslə cavab verirlər. Bəxtimdən, sürücümüz münasib adam idi.
İlk sualım yolun kənarındakı “Gəncə şəhəri Hacıkənd qəsəbəsi” lövhəsi barədə oldu. Dedim, bəs Hacıkənd Xanların, yəni indiki Göygöl rayonunun tabeliyində deyildimi.
60 yaş civarındakı sürücü cavab verdi: “Bunu o vaxt Elmar müəllim düzüb-qoşub Xanlardan aldı, Gəncənin tabeliyinə keçirtdi”.
“Elmar müəllim” sözündən quşqulandım ki, sürücümüz müəllimə rəğbət bəsləyir. Gözlənilməz idi. Çünki Gəncə camaatı başına güllə vurulmuş sabiq başçıdan söz düşəndə adətən əl aparıb, qan gətirir.
Çox çəkmədi, ağsaqqal Elmar Vəliyevə rəğbətinin qaynağını açıqladı: “Uzun illər əvvəl gömrükdə bir yerdə işləmişik. Münasibətimiz, alış-verişimiz olub”.
Aha! Korporativ maraqlar. Ardınca yeni bir gözlənilməz açıqlama: “Ancaq o, Gəncəyə başçı gələndən sonra məni tanımadı. Sanki heç tanış deyilmişik”.
Anlaşıldı. Sürücünün başçıya işi düşüb, o da bunu yola verib. Amma bəs rəğbət haradandır?

Elmar müəllimin “gülləyə gəlmiş” villası, yüz dollarlıq şişləri...

“Qoçaq adamdır, - sürücü söhbətinə davam edir. – qurub-yaradan idi, abadlığa çox fikir verirdi”.
Göygölə qalxan yol və yolkənarı yerlər gerçəkdən də abad idi. Əməllicə iş görülüb.
Birdən sürücü yol kənarındakı 5+ mərtəbəli, tikintisi başa çatmış möhtəşəm tikilini göstərir: “Bax, bu bina var ha, “Hacıkənd-plaza” otelidir. Elmar müəllimindir. Amma o güllə məsələsindən sonra burda iş dayandı. İstifadəyə verilmədi. İçinin işləri qalıb, bir də böyür-başının abadlaşdırılması, yanında bəzi obyektlərin tikilməsi-filan. Mansardasını da özü üçün düzəltdirirdi”.
1721dbaa-058b-4362-9da9-b702d9e136d7.jpg (103 KB)
Otel gerçəkdən möhtəşəm idi. Hiss olunurdu ki, Elmar müəllim doğrudan da qurub-yaradan adam imiş. Gendən baxanda otelin 6-cı mərtbəbəsinin, yəni çardağının azı 3-4 yüz kvadratmetrlik sahəyə malik olduğu bilinir.
Növbəti sualım: “Nə əcəb buralarda Elmar müəllimin başqa villası yoxdur?”
Sürücünün cavabı: “Niyə yoxdur? Var. Toğana kəndindədir, yaxınlaşanda ora burulan yolu göstərərəm. O cür villa bəlkə də bu ölkədə yoxdur. Bax, bu Kürəkçay var ha, həmin villanın ortasından keçir. Elə düzəldiblər ki, çay həyətin bir yerində təbii şəlalə kimi tökülür. Villanın həyətində forel vətəgəsi də var. Balıqların üzü aşağı üzüb getməmələri üçün şeylər düzəldilib”.

Elmar müəllimin “gülləyə gəlmiş” villası, yüz dollarlıq şişləri...

E.Vəliyevin Toğanadakı imarətinə aparan yol
Növbəti sual ağlıma gəlir, amma sürücünün sözünə şəkk edirmişəm kimi çıxacaq deyə dilimə gətirmirəm. Təcrübəli ağsaqqal sualı gözümdən oxuyub cavab verir: “Mən bunları hardan bilirəm? Olmuşam o villada. Adam, material aparmışam. Hətta bir dəfə ora manqal şişi aparmışdım. Xoşuma gəldi, ikisini götürdüm. Ardımca adam göndərdilər ki, onlar elə-belə şiş deyil. Biri yüz dollardır. Qaytarıb gətirib verdim”.
Sürücü bunu deyib gülür. Mən də düşünürəm ki, görəsən, şişlər hansı materialdan olub, gümüşdənmi, nikeldənmi, yoxsa başqa bir paslanmayan, bahalı xəlitədən-zaddan.
Sürücü öz söhbətləri ilə məni təəccübləndirməkdə davam edir, əliylə dağın təpəsindəki tənha villanı göstərir: “O da Elmar müəllimin oğlunundur. Adı yadımda qalmayıb. Yumrusifət oğlandır”.
“Elmir”, - deyirəm. “Hə, elə olar. O villadan hər tərəf görünür, qala kimi bir yerdir”.
Gerçəkdən də yaxınlaşdıqca görürsən ki, həmin villaya heç bir tərəfdən yaxınlaşmaq mümkün deyil – nə piyada, nə maşınla. Qayalar, təpələr elə çapılıb ki, oraya yalnız bir yolla getmək olar, ya da yalnız XTQ-nin Şuşaya dırmaşan uşaqları köhnə təcrübələrindən yararlanaraq villaya dırmaşa bilərlər.
Arada sürücü bəlkə də Elmar müəllimə haqq qazandırmaq məqsədi daşıyan daha bir maraqlı informasiya verir: “Ölkəmizdə 72 rayon yoxdur? Onun ən azı 50-sinin icra başçılarının Hacıkənddə və ətraf kəndlərdə imarətləri var”.

Elmar müəllimin “gülləyə gəlmiş” villası, yüz dollarlıq şişləri...

Göygölə qalxan yolda qoyulmuş 2 manatlıq post - burdan hər gün minlərlə maşın keçir
Göygöl postuna çatırıq. Burada yol ikiyə ayrılır. Sürücü deyir: “Sağa gedib, Göygölə çıxacağıq, solda isə o dediyim yerdir, maşında adamlar olmasa, səni aparardım, müəllimin cah-cəlalını özün görərdin”.
“Bu qədər də bəsdir”, - düşünürəm. Mənim bu “cah-cəlal”ı görüb-görməməyim heç nəyi dəyişmir. Əsas odur ki, bu “cəh-cəlal”ı görməli, qiymətləndirməli olan adamlar var.
Geri qayıdanda xahiş edirəm, sürücü maşını yavaşıdır, Elmar müəllimin “gülləyə gəlmiş” otelinin şəkilərini çəkirəm. Doğrudan da hayıfdır, yiyəsiz qalsa, dağılıb, uçulub gedəcək. Kimsə onu götürsün, əmələ gətirib xalqımızın istifadəsinə versin.//gundelik-baku.com

Oxunub: 472

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər