Yardımlının Ostair kəndində "Məktub davası" – İşə polis qarışdı

dogruxeber.tv: - Yardımlı rayonunun Ostair kəndində kirilcə yazılmış məktub qalmaqala, həmkəndlilər arasında dava-dalaşa səbəb olub. İddiaya görə, kəndin məktəb direktoru Asəf Güloğlan oğlu Əliyev öz xanım texniki işçisini məktəbin müəllimi Vahid Səfərova qarşı şantaj və böhtanda istifadə edib. Belə ki, guya direktorun verdiyi 100 manat pul və təzyiqi nəticəsində Kərimova Bahar Həsən qızı Vahid Səfərovun haqqında həqiqətə uyğun olmayan məlumatları kağıza yazaraq kəndin müxtəlif yerlərinə paylayıb.
»Demokratik.Az bildirir ki, bu barədə Turkazinfo.com saytı xəbər yayıb.
Saytın bildirdiyinə görə, hadisə nəticəsində kənddə qarşıdurmalar yaranıb. İnsanlar ayaqlanaraq qısa zamanda səbəbkarın kimliyini tapıb, ondan etdiklərinin haqq-hesabını soruşublar.

Kənd sakinləri tərəfindən aşkarlanaraq oxunan anonim kağızlarda «güya həmin məktəbin müəllimi Vahid Səfərov 20-yə yaxın kənd qadına qarşı əxlaqsız hərəkətlər edir, İran İslam Respublikasının ərazisindən ölkəyə narkotik vasitələrin keçirilməsini təmin edir, məktəbdə azyaşlı uşaqlara qarşı əxlaqsız hərəkətlər edir».

Vahid Səfərovun və kənd camaatının rayon Polisinə müraciətindən sonra, həmin məktəbdə aparılan araşdırmalarla kağızlara xoşagəlməz yazıları yazıb kənd ərazisinə atan şəxsin məktəbin adıkeçən xadiməsi olması məlum olub. Hadisənin səbəbkarının aşkarlanması yazı xətti ilə də tam müəyyən edilib. Daha sonra dindirilmə zamanı xadimə qadın özü törətdiyi əməli etiraf edib.

Xadimə qadın deyib ki, onu bu işi görməyə direktoru Asəf Əliyev məcbur edib. Xadimə bildirib ki, Asəf Əliyev ona pul təklif edərək, hədə-qorxu gəlib, məktəbin müəllimi Vahid Səfərovun barəsində şər-böhtan yazıb yaymağa məcbur edib. O da qorxduğundan direktorun istəyini yerinə yetirib. Qadın həmçinin etirafları kənd camaatının, Bələdiyyə və Kənd İcra Nümayəndəsinin qarşısında da edib. Onun etirafını kənd sakinlərindən biri lentə alıb.

Hazırda işlə bağlı Yardımlı Polisi tərəfindən də araşdırma aparılır.
Bir təhsil ocağının direktorunun və qeyrilərinin adının belə xoşagəlməz olayda hallanması faciədir. Hələlik Polis araşdırması davam etdiyindən xadimənin direktor barədə dediklərinin nə dərəcədə doğru olmasını təsdiq etmək də çətindir. Lakin görünən odur ki, kənddəki hadisədə məktəbin direktorunun, texniki işçisinin və müəlliminin adı elə belə çəkilmir, ortada ciddi problemlər var. Rayon Təhsil Şöbəsinin rəhbərliyinin də biabırçılığa təcili müdaxiləsi zəruri
dir.
Əgər yazılanlar doğrudursa, baş verənlərlə idda etmək olar ki, sözügedən məktəbdə əsl xaosdur, rayon təhsil şöbəsi buranı nəzarətindən kənarda qoyub. Yoxsa demək olar ki, Təhsil Şöbəsinin rəhbərliyinin başı məktəblərdə nizam-intizama deyil, tamam başqa işlərə qarışıb.

Məlumatda o da qeyd edilib ki, iddialara görə həmin məktəbin direktoru Asif Əliyev Qafqaz Univerisitetinin keçmiş Prorektoru işləmiş Nəbiyev Şaiq Ağagül oğlunun yaxın qohumudur. İddialara görə Şaiq Nəbiyev Fətulla Gülənlə əlaqəli şəxs olduğundan ölkəni tərk edib, hazırda Amerikada yaşayır. Hətta həmin məlumatlara internet səhifələrində də rast gəlmək mümkündür.
İnanırıq ki, belə bir çirkin hadisədə ümumilikdə məktəbin direktorunun və qeyrilərinin adının çəkilməsi Təhsil Nazirliyini hərəkətə gətirəcək.

"Demokratik.Az" saytı yazılanlarla əlaqədar ittihamda adıkeçən direktor Asəf Əliyevin mövqeyini öyrənib.
Direktorun bildirdiyinə görə, ona qarşı sadalanan ittihamlar əsassızdır, həmin məktubları yazmış xanımın özünün və başqa maraqlı adamların iftirasıdır. Asəf Əliyev deyib ki, polis araşdırması zamanı "məktub müəllifi" Bahar Kərimova öz izahatını bir neçə dəfə dəyişib, əvvəllər özündə olmadığını yazıb, sonda da kimlərinsə sözü ilə günahı məhz direktora yönəldib. Qadın izahatında yazıb ki, ayın 2-də guya direktor günorta məktəbə gələrək ondan belə bir məktub yazmasını istəyib, ona pul verib. Halbuki, Asəf Əliyev deyir ki, həmin gün səhər saatlarından sonra məktəbdə ümumiyyətlə olmayıb, kəndin bir neçə sakini ilə ot biçinində iştirak edib. Bunu polisə izahatlarında 8 nəfər digər şəxslər də təsdiq ediblər.
Direktor ona atılmış iftiranı bağışlamayacağını, sözügedən qadını və barəsindəki yalanları ictimailəşdirənləri məhkəməyə verəcəyini də bildirib.
Asəf Əliyev dayısı, Qafqaz Univerisitetinin keçmiş Prorektoru işləmiş Nəbiyev Şaiq Ağagül oğlu barədə suallarımızı da cavablandırıb. Direktor bildirib ki, dayısı həqiqətən də ABŞ-da yaşayır, lakin, "Gətullah Gülən olayları"ndan öncə ABŞ-a köçüb. Getməsinə səbəb isə, Universitetlərdən birinin ona alim kimi dəvət göndərməsi olub. Yəni, direktor dayısının qaçmadığını, ABŞ-a sayqılı elm adamı kimi hicrət etdiyini qeyd edib.//"Demokratik.Az"

Oxunub: 533

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər