Şəhid Kamran Fərəcov  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri Kamran İlqar oğlu Fərəcov 14 fevral 1996-cı ildə Şirvan şəhərində anadan olub. Orta təhsilini 11 saylı orta məktəbdə alan Kamran, təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra hər zaman hərbiçi olmağa can atan igidimiz DİN-in Daxili Qoşunlarında xidmətini davam etdirib. Quba rayonunda yerləşən hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb. Əksəriyyət kimi onun da ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi. Ötən il sentyabrın 27-də Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayanda o, da döyüş yoldaşları ilə birlikdə ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsinə yollanıb. Sərrast atıcı olan K.Fərəcov meşəlik ərazilərdə öz snayper tüfəngi ilə çoxlu sayda düşmənin canlı qüvvəsini məhv edib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən əhəmiyyətli döyüşlərdə iştirak edib. Düşmənə sarsıdıcı zərbələr endirən döyüşçü yoldaşları ilə birgə Şuşa istiqamətində həlledici döyüşlərə qatılıb. Şəhərin lap yaxınlığındakı Çanaqçı kəndin ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kamran Fərəcov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şirvan ŞPŞ-nin əməkdaşları tez-tez onun ailəsinə baş çəkir, qayğıları ilə maraqlanırlar. Atası İlqar Fərəcov oğlunun hünəri ilə fəxr etdiyini bildirir, Vətən uğrunda göstərdiyi qəhrəmanlığı, şücaəti ilə torpaqlarımızı işğaldan azad edən igidlərimizin əbədi yaşayacağını deyir.

 Şəhid Kamran Fərəcov  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

 Şəhid Kamran Fərəcov  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

 Şəhid Kamran Fərəcov  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

 Şəhid Kamran Fərəcov  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər