Şəhid xanımı 3 uşaqla küçədə qalıb: Nə evi var, nə də işi - "Astara icra hakimiyyəti bir dəfə olsun qapımı döyməyib"


dogruxeber.tv: - Ağayeva İranə Bəxtiyar qızının həyat yoldaşı İkinci Qarabağ müharibəsi şəhididir. İ.Ağayeva saytımıza müraciətində şəhidimiz Ağayev Ramiq Təhsin oğlunun dünyasını dəyişdikdən sonra üç övladı ilə çox çətinlik çəkdiyini söyləyir.
Şəhid xanımı evsiz olduğunu, aidiyyəti qurumlara müraciət etsə də, müsbət cavab ala bilmədiyini söyləyir:
“Evim yoxdur deyə üç uşaqla yaşamaq çox çətindir. Dəfələrlə lazımi orqanlara müraciət etsəm də, deyiblər ki, 2025-ci ilə kimi mənzillə təmin edilmə olacaq. Mən isə həmin ilə qədər evsiz çox çətinliklər çəkərəm. Ona görə də növbədənkənar ev verilməsini istəyirəm. Çünki gələcəyin üç əsgərini böyüdürəm. Evin harada olmasının fərqi yoxdur. Hazırda Astara rayonunun Şahağacı kəndində nənəmin yanında qalıram. Uşaqların biri 6, biri 5, biri də 2 yaşının içindədir”.

İ.Ağayeva ev üçün Abşeron rayon icra hakimiyyətində növbəyə yazıldığını bildirib:

“Sırada 4-cü adamam. Lakin dedilər ki, sizi 2025-ci ilə kimi mənzillə təmin edə bilərik. Yoldaşım şəhid olmazdan qabaq 7 il Bakıda yaşamışıq, uşaqlarım Bakıda böyüyüblər. İndi isə Astaraya gəlmişik, bütün günü ağlayıb atalarını istəyirlər. Deyirlər atamız Bakıdadı bizi niyə aparmırsan? Nə edəcəyimi, nə söyləyəcəyimi bilmirəm. Hazırda uşaqları məktəbəqədər “Kaspi” kursuna qoymuşam. Böyük oğlum bu il məktəbə getməlidir. Ona görə ev istəyirəm ki, bilim uşağımı harada oxutduracam. Şəhidimizin də vəsiyyəti idi ki, övladlarımıza təhsil verim.

Qaynanamın evinə qalmıram, çünki mənimlə yola getmədi. Yoldaşım da vəsiyyət etmişdi ki, İranə, şəhid olsam, 40-ım çıxandan sonra həmin evdə qalmarsan. Oktyabrın 19-u şəhid olub, noybarın 26-sı 40-ı verildi, mən də 30-u çıxmışam oradan. Özüm də xəstəyəm çətinliklə müalicə alıram, amma xeyri yoxdur. İndi qaldığımız ev əslində bibimin evidi, nənəmlə qalıram. Bibim dedi ki, müvəqqəti qalın, amma indi çıxmağımızı istəyir. Dövlətimiz uşaqlara pul ayırıb, ancaq həmin pul qaynana və qaynata ilə bölünüb. Övladlarımı saxlaya bilmirəm. Ona görə növbədənkənar ev verilməsini istəyirəm.

Astara rayon icra hakimiyyəti bir dəfə olsun qapımı döyməyib. Hər yerə müraciət edib ərizə yazmışam. Müdafiə Nazirliyinə belə getmişəm, dedilər ki, ev veriləcək, amma vaxtı bilinmir. Ancaq yoldaşımdan sonra şəhid olan 1 uşaqlı ailəyə ev verildi.

İş yoxdur deyə işləyə də bilmirəm. Astara rayon təhsil şöbəsinə müraciət edib iş istədim. Dedilər ki, get süpürgəçi işlə. Gəlib bir dəfə uşaqlarımla maraqlanmırlar. Amma əsgərlik zamanı hamısı qapımı döyəcək”.//dia.az

Şəhid xanımı 3 uşaqla küçədə qalıb: Nə evi var, nə də işi - "Astara icra hakimiyyəti bir dəfə olsun qapımı döyməyib"

Şəhid xanımı 3 uşaqla küçədə qalıb: Nə evi var, nə də işi - "Astara icra hakimiyyəti bir dəfə olsun qapımı döyməyib"

Şəhid xanımı 3 uşaqla küçədə qalıb: Nə evi var, nə də işi - "Astara icra hakimiyyəti bir dəfə olsun qapımı döyməyib"

Oxunub: 990

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər