gundem / hadise / bolge
30.06.2021, 19:18
Tovuzda qəza - Ölən və yaralanan var
dogruxeber.tv: - Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
1979-ci il təvəllüdlü Namiq Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil əks zolağa çıxan "Ford Transit" markalı yük maşını ilə toqquşub. Nəticədə Namiq Məmmədov hadisə yerində ölüb, "Ford"un sürücüsü, 1981-ci il təvəllüdlü Emin Hüseynov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//qafqazinfo.az



