Bu qanunsuzluqlara polis nə üçün göz yumur? - VİDEO

dogruxeber.tv informasiya agentliyi olaraq, iki həftə əvvəl Qaradağ rayon Lökbatan qəsəbəsi ilə Xocahəsən qəsəbəsi ərazisində yerləşən "Meyvəli Ticarət Mərkəzi" ilə üzbəüz, yol kənarında "TIR" yük avtomobilləri sürücülərinin, fəhlələrin cəmiyyət arasındakı əxlaqa zidd, qeyri etik hərəkətləri, məişət tullantıları ilə ətraf ərazini çirkləndirmələri, həmçinin böyük yük avtomobilləri ilə yol hərəkəti qaydalarını kobudcasına pozaraq, magistral yolda hərəkətdə olan digər avtomobillərə maneələr yaratdıqları barəsində məlumatlar dərc etmişdik.

My Webpage

Bundan əlavə sözügedən məlumatlar barəsində telefon əlaqəsi saxlayıb Qaradağ rayon Polis İdarəsinə, eyni zamanda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə bildirmişdik.

Hətta, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad müəllimin tövsiyyəsi ilə DİN-nin rəsmi Facebook səhifəsinin inboksuna yazılı şəkildə müraciət də göndərmişdik. Lakin, təəssüflər olsun ki, artıq iki həftədən çox müddət keçməsinə baxmayaraq, deyilən ərazidə çalışan, mövcud durumdan şikayətçi şəxslərin redaksiyamıza verdiyi məlumata görə məsələ barəsində heç bir ölçü götürülməyib. Əksinə, vəziyyət hər gün daha da bərbad, daha da iyrənc hal almaqda davam edir.

Məlumatın mətbuatda yayımlanmasına, həmçinin aidiyyatı qurumlara məlumat verilməsinə baxmayaraq, hələ də məsələyə heç bir müdaxilə olunmaması onu sübut edir ki, şikayətçi şəxslərin bildirdiyi "bütün bunlara polis özü şərait yaradır" ifadəsi doğru imiş. Belə olmasaydı, bu günə qədər polis tərəfindən hər hansı bir müvafiq addım atılmış olardı.

Qeyd: Qarşıdakı günlərdə sözügedən ərazidə məlumatlarla bağlı daha geniş reportaj hazırlayıb, sizlərə təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 817

Son xəbərlər

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Bütün xəbərlər