Sabirabadda qardaşlar nəzirə görə eyni anda 2 məscidi yandırıbmış


dogruxeber.tv: - İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscidi yandıranların kimliyi bəlli olub.

DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırdığı məlum olub:

“İyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid əşyalarla birlikdə yandırılıb. Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən məscidi yandıran şəxs və şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. Artıq polis tərəfindən həmin məscidləri yandıran adamlar bəlli olub. Cinayəti törədənlərin elə həmin kənd sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşları müəyyən edilib və saxlanılıblar.

İlkin istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş. Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər.

Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş. Bu səbəbdən qardaşlar hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlər kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.

Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq polis əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.//qafqazinfo.az

Oxunub: 721

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər