“Azərbaycanla bağlı planları pozulur” – Təxribatın sirr pərdəsi...


dogruxeber.tv:
- Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovla Ermənistanın müdafiə naziri Vaqaraşak Arutyunyan arasında telefon danışığı olub. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Telefon danışığında Ermənistanın Geqarkunik və Sünik vilayətlərindəki vəziyyət müzakirə edilib. V.Gerasimov və V.Arutyunyan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Məlum telefon danışığını şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, tərəflərin danışığı barədə mətbuatda təbliğatın aparılması Rusiya tərəfindən düşünülmüş növbəti təxribatdır:

“Rusiya nə 10 noyabr 2020-ci il qələbəmizi, nə 15 iyun 2021-ci il Şuşa Bəyənnaməsini, nə də Prezidentin 7 iyul iqtisadi rayonlaşma fərmanını qəbul edə bilir. Çünki rəsmi Moskvanın Cənubi Qafqaz siyasəti, Azərbaycanla bağlı planları pozulur. Təbii ki, həmişə “ayı gücündən” istifadə edən Kreml ölkəmizdən bu qədər zəkalı siyasət gözləmirdi. İndi isə nə açıb-ağarda, nə də başqa cür addım ata bilirlər. Sözügedən telefon danışığı əslində Azərbaycanın daxili işinə müdaxilədir.

Ermənistanla müzakirə edilən məsələ bizi maraqlandırmır, ancaq məhz sərhəd bölgəsi barədə müzakirənin aparılması daha çox Azərbaycan-Ermənistan arasındakı sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Təbii ki, bu durum bizi narahat edir. Amma bir məqam var. Ermənistanla Rusiya arasında birləşmiş ordu yaradılıb. Artıq Rusiya bilərəkdən müəyyən addımlar atır. Putin Paşinyanla görüşdə Qarabağ və onun ətrafı məsələsini gündəmə gətirdi. Rusiya XİN başçısı Sergey Lavrov isə Uzaq Şərq Universitetində tələbələrlə görüşdə yenidən Qarabağın statusu barədə danışdı”.

Professor qeyd edib ki, tərəflərin məlum danışıqda Azərbaycan ərazisində sülhməramlı adı ilə müvəqqəti yerləşdirilən rus ordusunun durumunu müzakirə etməsi dövlətimizə nəinki mesaj, həm də siyasi təzyiqdir:

“Guya bizi təhdid edirlər. Ermənistan müdafiə naziri kimdir ki, Azərbaycan ərazisində olan başqa dövlətin müvəqqəti ordusu barədə müzakirə aparır? Bütün bunlar BMT nizamnaməsinin həm 6-cı, həm də 7-ci fəslində nəzərdə tutulan maddələrinin kobud şəkildə pozulmasıdır.

Bəs, bu siyasi təzyiq nəyə xidmət edir? Birincisi, Azərbaycanda iqtidar ordu və iqtidar xalq birliyində siyasi “çat” yaratmaq istəyirlər. İkincisi, dövlətini və millətini sevən əhalimizin siyasi təcrübəsi olmadığı üçün onlarla iqtidar arasında gərginlik yaratmağa çalışırlar. Bu, həmçinin Türkiyəyə mesajdır. Yəni ki “Cənubi Qafqazın sahibi mənəm, vassalım isə Ermənistandır”. Bu telefon danışıqlarının arxasında Rusiyanın Azərbaycanı yenidən işğal etmək üçün ordu təxribatları dayanır”.//dia.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər