Şəmkirdə məmurlar ÖZBAŞINA QALIB... - GİLEY

dogruxeber.tv: - Rayonun Aşağı Seyfəli kənd sakini Müşfiq Süleymanov adına tam orta məktəbində gözətçi işləyən Məhərrəmov Zülfiqar Daşdəmir oğlu məktəbin direktoru Qurbanov Seymur Fəxrəddin oğlunun ona qarşı qərəzli mövqeydə olduğunu bildirərək direktorun qeyri-qanuni əməllərindən yazır: Direktor 2018-ci ildə məndən 1 aylıq maaşımı istədi və mən həmin pulu ona vermədiyimə görə məni məzuniyyətə buraxmadı.

4 ildir mən şənbə və bazar günləri də işləyirəm. Direktora deyirəm ki, cənab Prezidentimiz İ.Əliyev deyib ki, bütün işçilər şənbə və bazar günləri istirahət etməlidir və yaxud işdə olurlarsa, əlavə pul almalıdırlar. Direktor isə deyir ki, prezident televizora çıxıb ağlına gələni danışır. Bu məktəb, dövlətin qanunları ilə deyil, mən istədiyim qanunlarla işləyəcək. Mən minium əmək haqqı alıram (232 man).

2021-ci ilin fevral ayında Pandemiya vaxtı təsərrüfat müdirinin otağında, dərs ərəfəsində saat 13-14 radələrində məktəbdə Pik-Nik (yeyib-içmək) təşkil etmişdilər. Araq içirdilər və bu haqda biz məktəbin bir neçə işçisi Şəmkir rayon prokurorluğuna, Təhsil Nazirliyinə ərizə ilə şikayət etmişik.

2020-ci ilin yay aylarında məktəbin digər gözətçisi Rüstəmov Mübariz Yaqub oğlundan 200 manat borc pul alıb ki, məktəbi təmir etdirirəm, maaşlar gələndə müəllimlərdən yığıb verəcəm. 2021-ci ilin təxminən fevral-mart aylarında gözətçi direktordan pulunu istəyəndə, gözətçini vurmuşdur gözətçi Korrupsiya idarəsinə, Şəmkir rayon Prokurorluğuna şikayət edəndən sonra 200 manatını qaytardı.

2021-ci ilin fevral ayında mən gecə növbəsinə gələndə məktəbin istilik sistemi işləmirdi. Hava soyuq idi. Təsərrüfat müdiri Əliyev Müşfiqə zəng etdim ki, məktəbdə soyuqdur. O, məktəbə gəldi və akt tərtib etdi, mənə dedi qaz yoxdur sən bu soyuqda məktəbdə durmalısan, durmasan sabah töhmət veriləcək. Mən də məktəbdə durmadım və mənə töhmət verildi.

Əliyev Müşfiqin diplomu yoxlanılsın. MİK-na sorğu verilsin, neçə balla hansı instituta qəbul olduğu haqda məlumat verilsin.

Mən ali təhsilliyəm. 2020-ci ilin dekabr ayında səhv etmirəmsə məktəbin təsərrüfat müdirini işdən azad etdilər və Əliyev Müşfiq Şəmkir rayonunun sabiq İcra Başçısı Alimpaşa Məmmədova pul verib məktəbə təsərrüfat müdiri gəldi. Müşfiq əvvəllər bizim məktəbdə işləmirdi.

Mən direktordan şikayət ərizələri yazdığıma görə 2021-ci ilin may ayının 29 da məktəbin direktoru məni özünün VAZ-2101 markalı maşını ilə vurmaq istəyirdi. May ayının 31-də bazar ertəsi bu haqda mən Şəmkir rayon Prokurorluğuna – poçt vasitəsilə şikayət ərizəsi göndərmişəm.

Tarix dərslərini başqa ixtisas müəllimləri keçir. Direktordan başqa məktəbdə bir tarix müəllimi var. Direktor vakansiya gizlədilir.

Hörmətli Redaktor Sizdən xahiş edirəm mənim müraciətimi qəzetinizdə çap etməklə direktoru ictimai qınağa tuş gətirəsiniz.

İmza : Məhərrəmov Zülfiqar Daşdəmir oğlu

Hazırladı: Bəhlul Orucoğlu

Araşdırmaçı jurnalist. //hurriyyet.az//

Oxunub: 528

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər