gundem / sosial / bolge / Cəmiyyət / Foto
13.07.2021, 16:24
Cəbrayıl şəhidlərinə həsr olunmuş "Zəfər yolunda" kitabının təqdimatı - FOTO
"dogruxeber.tv" xəbər verir ki, Bu gün 4 saylı Zəngilan məktəbində Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəbrayıl şəhidlərinə həsr olunmuş "Zəfər yolunda" kitabının təqdimatı keçirilib.
Tədbirdə şəhid ailələri ilə bərabər, Cəbrayı rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Başçının müavini Arif Fərzəliyev, Millət vəkili Ceyhun Məmmədov, Cəbrayıl rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov kitabın müəllifləri İsmayıl İmanzadə, Taryel Abbaslı iştirak edirdilər.
Qeyd edək ki, Cəbrayıl şəhidlərinə həsr olunmuş"Zəfər yolunda" kitabının müəllifləri:
Taryel Abbaslı,
İsmayıl İmanzadə.
Redaktor: Ceyhun Məmmədov
Ön söz müəllifi: Əli Rza Xələflidir.
Əməkdaşlarımızın tədbirdən hazırladığı geniş reportaj tezliklə "dogruxeber.tv" saytında, həmçinin "MUMtv" YouTube kanalımızda yayımlanacaq.
dogruxeber.tv
[center]












