Kolbasa bazarında SAXTA AD – İstehlakçılara ÇAĞIRIŞ


dogruxeber.tv: - “SEVİMLİ” mal nişanı ilə markalanmış bişmiş və hisə verilmiş kolbasalarla bağlı çaşqınlıq yaranıb. Bu kolbasa məmulatları marketlərdə “Sevimli Dad” kolbasaları ilə dəyişik salınır. Etiketindəki çox kiçik şriftlərlə yazı parlaq fonda oxunmaz bir vəziyyətdə olduğu və marketlərdə “Sevimli Dad” kolbasaları ilə eyni rəfdə yerləşdirildikləri üçün istehlakçılar çaşdırilir.

Bu barədə Azad İstehlakçılar ictimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə AİİB-in qaynar telefon xəttinə 3 aya yaxındır ki, istehlakçılar tərəfindən çoxsaylı müraciətlər olunur.

Müraciətlərdə bu çaşğın durumun aradan qaldırıldığı tələb olunub. AİİB “Sevimli Dad” kolbasa məmulatlarının istehsalçısı ollan “M&T”LTD müəssisəsinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq “Sevimli Dad” mal nişanının yalnız onların müəssisəsinə məxsus olduğu və rəsmi dövlət qeydiyyatına alındığı bildirilib. Həmçinin istehlakçılar tərəfindən qaldırılan bu məsələnin onların da biznesinə xələl gətirildiyi, mal satışında enmələrə səbəb olduğu, eləcə də özünə məxsus mal nişanının qorunmasına, istehlakçıların çaşdırilmasının qarşısının alınmasına dair heç bir iş görülmədiyi qeyd olunub.

Eyyub Hüseynov öz növbəsində “SEVİMLİ” mal nişanı ilə satışa çıxarılan kolbasa istehsalçısı ilə də əlaqə yaradıldığın bildirib:

“SEVİMLİ” adı altında istehsal olunan kolbasa məmulatının etiketinin təhlili aparılıb. Öncə etiketdə qeyd olunan, yalnız lupa ilə oxuna bilən əlaqə telefonuna zəng edilib. Özünü “Retro Holdinq”MMC-nin səlahiyyətli şəxsi olaraq təqdim edən Rasim adlı şəxs mal nişanının rəsmi dövlət qeydiyyatına alınması və “Halal”nişanının hansı qurum tərəfindən müəssisəyə verilməsi barədə məlumatı olmadığını, “öyrənib deyərəm” cavabı verilib. Daha sonra özünü satış müdiri kimi təqdim edəm Mehdi adlı şəxslə məsələni aydınlaşdırmaq üçün telefon danışığı apardıq. Mehdi bəy isə bu işə cavabdeh şəxs-satış müdiri Rövşən olduğunu bildirib. Rövşənlə aparılan telefon danışığından sonra o söz verdi ki, AİİB-in dövlət qurumlarına müraciət etməsinə ehtiyac yoxdur. “SEVİMLİ” sözünü malların üzərindən götürəcəklər.

Bundan sonra Mehdi adlı şəxslə dəfələrlə bu barədə telefon danışığı olsa da suallara cavab verilməyib və istehlakçıların çaşdırilması davam edib”.

Hüquq müdafiəçisinin sözlərinə görə mal nişanının ilkin təhlili göstərib ki, istehlakçılar üçün zəruri olan “Halal” loqosu heç də ölkədə rəsmi olaraq fəaliyyət göstərən və bu nişanı istehsal müəssiəsinə şamil etməyə hüququ olan “AZ sert halal” MMC tərəfindən verilməyib:

“Vaxtilə bu nişanın alınması zamanı mütəxəssislər tərəfindən baxış keçirilən zaman qeyri-halal mal istehsalı bloku ilə tam kəsişmə olduğu müəyyən olunub. ”SEVİMLİ” mal nişanı ilə satışa çıxarılan kolbasa məmulatlarının etiketində “ansar” yazılıb. Məlum olub ki “ansar”ticarət markası Qazaxstanda eyni adlı istehslçıya məxsusdur.

Şübhəsiz ki, əsas məqsədimiz dövlətimizin biznes strukturları üçün yaratdığı son dərəcə əlverişli şəraitə ictimai dəstək olmaqla bərabər bizneslə məşğul olanların bu rahat şəraitdən sui-istifadə etməklə istehlakçıların çaşdırılmasının, aldadılmasının qarşısını almaqdır”.

Qeyd edək ki, AİİB istehlakçılara birmənalı məlumat vermək, çaşdırılmasının, seçim hüququnun pozulmasının qarşısını almaq və qaldırılan məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyinə müraciət edib.//Bizim.media

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər