“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir? - Şikayət


dogruxeber.tv: - “Xaliq Faiqoğlu” şirkəti Vətən Müharibəsi zamanı cəbhə bölgəsinə göndərdiyi sürücülərin ezamiyyə pullarını verməkdən imtina edib.

Bu haqda həmin sürücülər müraciət edib. Onlar bildiriblər ki, “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov bir müddət əvvəl mediaya verdiyi müsahibədə deyib ki, Vətən Müharibəsi zamanı cəbhəyə göndərilən bütün sürücülərin və texniki heyət üzvlərinin aylıq maaşları və digər sosial xərclərinin qarşılanması şirkət tərəfndən tam təmin edilib. “Göstərilən xidmətləri və çəkilən xərcləri vətən qarşısında borcumuz hesab edirik və məmnuniyyətlə vurğulmaq istəyirəm ki, Vətən müharibəsi dövründə “Xaliq Faiqoğlu” şirkəti üzərinə düşən hərbi-nəqliyyat vəzifələrini tam və qüsursuz icra edib”.

Lakin redaksiyamıza müraciət edən sürücülər bunun həqiqətəuyğun olmadığını bildiriblər: “Biz dörd sürücü sentyabrın 29-da şirkət tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi şöbəsinə, oradan da N saylı hərbi hissəyə göndərildik. Biz tapşırılan bütün xidmətləri yerinə yetirdik. Bizə bildirilmişdi ki, şirkətin İbrahim va İlyas adlı nümayəndələri bütün ezamiyyə xərclərini ödəyəcəklər. Lakin bu günə qədər bizə həmin pullar ödənməyib.

Məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciətimiz nəticəsiz qalıb. Şirkətin Musa adlı hüquqşünası hər dəfə müxtəlif bəhanələrlə bizi aldatmağa çalışır. Deyir 400-500 manat verək razılaşın”.

Müraciət edən şəxslər şirkətin Dünyamaliyev Ramazana 2650 manat, Haciyev Sunaya 3500 manat, Məmmədəliyev Elnura 2400 manat Sevdimaliyev Elvinə 2400 manat borclu olduğunu qeyd ediblər.

Məsələylə bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.//yenisabah.az

Oxunub: 544

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər