Məmurların ailə üzvləri ölkədən böyük məbləğdə pul çıxarır - AÇIQLAMA

dogruxeber.tv: - Antalyanın (Türkiyə) Bodrum turizm regionunda “Villa Maçakızı” otelində dünya elitasının və yüksək təbəqə nümayəndələrinin iştirakı ilə keçirilən qala gecədə Azərbaycandan olan zənginlərin də iştirak etdiyi bildirilir. Qeyd olunur ki, həmin qala gecəyə biletin dəyəri minimum 25 min avrodur. Bəzi mənbələr iddia edirlər ki, “Villa Maçakızı”dəki qala gecədə Azərbaycandan iştirak edənlərin əksəriyyəti korrupsiya və rüşvətxorluqla böyük sərvət toplamış məmur-oliqarxların ailə üzvləri və onlara yaxın şəxslərdir. İddialara görə, həmin şəxslər vasitəsilə ölkədən böyük məbləğdə vəsait çıxarılır.

Sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev Reyting.az-a deyib ki, hazırda Azərbaycan zənginlərinin əksəriyyəti Bodrumdadır:

“Azərbaycan əslində möcüzələr ölkəsidir. Bodruma gedin, orada azərbaycanlıların çoxlu otelləri var. Dəqiq bildiyim otellərdən bəhs edirəm. Məsələn, “Donavilla” oteli azərbaycanlınındır. Daha doğrusu, bizdəki oliqarxlarındır”.

C. Nuriyevin sözlərinə görə, bəzi məmurlar Azərbaycandan oğurladığı böyük vəsaitləri müxtəlif ölkərə sərmayə şəkilində yatırırlar: “Belə şəxslərin bu dövlətə və millətə sədaqəti yoxdur. Onların yeganə sədaqəti puladır. Pul qarşılığında hər şeylərini satarlar. Çünki insan vicdanını satıbsa, deməli, onun üçün utanmalı heç nə qalmır”.

Həmin qala gecəyə biletin minimum 25 min avrodan başlandığına diqqət çəkən C. Nuriyev əlavə edib ki, bu məbləğ həmin şəxslər üçün qəpik-quruşdur: “Əslində 25 min avro onlar üçün böyük məbləğ deyil. Fikrimcə, bizim müvafiq orqanlar bu işlə məşğul olmalıdır. Daha vacibi, belə elit qala gecələrdə bizim zənginlərin hansı işi gördüyü, bizim əleyhimizə kampaniya aparıb-aparmadığı araşdırılmalıdır”.

Oxunub: 527

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər