Azərbaycanda ilin sonundan "məmur ovu" BAŞLAYACAQ - ŞOK PROQNOZ

dogruxeber.tv: - “Neft və qazın qiymətinin qalxması, pul kredit siyasətinin uğurlu olması və inflyasiyanın cilovlanması fonunda “Fitch” agentliyini Azərbaycanla bağlı belə müsbət rəyə gəlib”.

Bunu qaynarinfo-ya açıqlamasında ekspert Cümşüd Nuriyev Azərbaycanda gələn il üçün valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdıran “Fitch” reytinq agentliyinin gəldiyi nəticəyə münasibət bildirərkən deyib.

O deyib ki, bu təşkilat beynəlxalq hesablama sistemi əsasında Azərbaycanı dəyərləndirib: “Ölkəmizdə bütün mühasibat sistemi beynəlxalq standartlar səviyyəsindədir. Hətta istənilsə də, bu informasiyaların gizilədilməsi mümkün deyil. Ona görə “Fitch” reytinq agentliyinin verdiyi proqnozlar daha düzgündür, nəinki Azərbaycan daxilində hansısa təşkilat və ya dövlət qurumunun verdiyi qiymətləndirmə”.

Ekspert qeyd etdi ki, üç amilə əsaslanaraq sözügedən agentlik ölkəmizlə bağlı müsbət proqnoz verib: “Azərbaycanda pandemiyaya baxmayaraq, bu il artıq iqtisadi artım baş verib. Azərbaycan digər tərəfdən, həm də donor ölkədir. Yəni kredit götürmür. Daxili sərmayə qoyuluşu ölkəmizdə yüksəkdir. Əsas səbəb isə odur ki, karbohidrogen yataqlarından əldə olunan neft və qazın satışından xeyli gəlir götürmüşük. Bu da dünya bazarında həmin məhsulların qiymətinin bahalaşması ilə bağlıdır. Azərbaycanın yürütdüyü pul kredit siyasəti də “Fitch”in ölkəmiz barədə belə müsbət proqnoz verməsinə əsas olub.

Monetar siyasət yürüdülsə də, Azərbaycanda valyutanın dəyəri saxlanılır, manatın dəyəri qorunur. Eyni zamanda, ölkədə inflyasiya birrəqəmlidir. Ölkədə ümumi daxili məhsulun artımı da proqnozlaşdırılır. 2022-ci ildə 3-4 faiz civarında iqtisadi artım olacaq”.

Azərbaycan həmçinin iqtisadi qənaət rejiminə keçməsi də həmsöhbətimizə görə, agentliyin diqqət mərkəzində olub: “Əvvəllər kölgə iqtisadiyyatı, qara mühasibat diqqətdən kənarda idisə, artıq onlara münasibətdə də diqqət artıb. İlin sonuna doğru bu sahədə irəliləyiş onunla gündəmə gələcək ki, vəsaitləri təyinat üzrə xərcləməyən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda həbslər başlayacaq. Bunu da beynəlxalq təşkilatlar nəzərə alır”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər