Dağıdılmış Şəhid bulağının sifarişçiləri kimlərdir?... - İlginc gəlişmə  VİDEO//FOTO

dogruxeber.tv: - Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun "sərgüzəştləri" bitmir ki, bitmir...

Zarafat deyile. Adam 27 ildir bu vəzifədə çalışır. Fərqi yoxdur necə və kim üçün çalışır. Əsas odur vəzifə daşıyır. Hətta, "işini sevən" başçının başı vəzifəsinə necə qarışıbsa yaşının 65-dən iki il keçməsindən, elə rəhbərlik etdiyi rayonda baş verənlərdən də bixəbərdir.
Ya da bəlkə də bilir, sadəcə bilmək işinə gəlmədiyi üçün göz yumur.

Aşağıdakı fotolara diqqət!

Dağıdılmış Şəhid bulağının sifarişçiləri kimlərdir?... - İlginc gəlişmə  VİDEO//FOTO

Dağıdılmış Şəhid bulağının sifarişçiləri kimlərdir?... - İlginc gəlişmə  VİDEO//FOTO

Dağıdılmış Şəhid bulağının sifarişçiləri kimlərdir?... - İlginc gəlişmə  VİDEO//FOTO

Gördüyünüz bu fotolar Siyəzən rayon "Beşdam" kəndində lentə alınıb.

Birinci vətən müharibəsində şəhid olmuş kənd sakini Kərimov Elsevər Qazəhməd oğlunun adına inşa edilmiş bulaq kimlər tərəfindənsə yerlə yeksan edilib.

Bu vəziyyəti gördükdən sonra rayon sakinlərinin narazılığının haqlı olmalarına baxmayaraq, Novruz Novruzov orada icra başçısı olduğu müddətdə hələ çox davam edəcəyinə şübhə qalmır.

Şəhidinə bu hörmətsizliyi edən rəhbərdən dirilərin nəysə umması artıq "yersizdir".

Hətta, rayon sakinləri iddia edir ki, 44 günlük ikinci Vətən müharibəsi şəhidinin kəndin girişində vurulmuş böyük fotoplokatının da sökülməsi üçün başçı əmr verib.
Görəsən torpaq uğrunda canlarını verən şəhidlərimiz ilə Novruz Novruzovun nə kimi qərəzliyi var imiş?...

Vallah, torpaq uğrunda gənclərimiz getsə də, o torpaqdan yararlanan yenə də İcra başçıları və bələdiyyə sədrləridir.

Torpağı siz satıb, pulunu siz mənimsəyirsiniz. Böyük təsərrüfat işləri sizin biznesinizdir.

Minlərlə Elsevər kimi qeyrətli oğulların qanı bahasına qoruduğu torpaqlardan acgöz məmurlar bəhrələnir, amma şəhidin əmanətlərinə sahib çıxmağı ağır iş hesab edirlər. Nəyinki sahib çıxmaq, kimlərinsə şəxsi büdcəsi hesabına başa gəlmiş abidələrin tutduğu 3-4 kvadrat metrlik torpaq sahəsinə belə göz dikib, yerində "uğurlu biznes" üçün dükan və başqa iaşə obyekti planları qururlar.

Burda deyiblər: "Gözünüzü torpaq doyursun".

Şəhidlər özlərindən sonra dünya durduqca "Allah rəhmət eləsin" kəliməsiylə birlikdə, qürurla anılacaq ad, getdikləri yerdə əbədi yaşayacaq cənnəti qazandılar.

Dünya malı xatirinə Allahın bəndələrin heçə sayan bədxahlar isə nə bu dünya, nə də axirət dünyası üçün cəza və lənətdən başqa heç nə əldə etmir.

Bu gün şəhid bulağının yerinə göz dikən İcra Hakimiyyətinin özü deyilsə də əgər, kimin olduğunu bilmiş olar.

Bəllidir ki, kimsə təkbaşına bu vicdan əzabına qatılaşa bilməz (əgər varsa...)

Mövzuya aqressiv toxunmağımız bizim təkcə jurnalist olaraq deyil, vətəndaşlıq hisslərimizdir. Şəhidlərimizə olan ehtiramımızdır.

P.S: Qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Siyəzən rayon İcra Hakimiyyətinin şəxsi internet saytında yerləşdirilən telefon nömrələri vasitəsilə Başçının müavini - ictimai-siyasi-humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova və başçının birinci müavini Aqşin Ağayev ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, zənglərimiz cavabsız qaldı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv


Oxunub: 1 335

Son xəbərlər

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Bütün xəbərlər