Rüstəm Muradovun fəaliyyəti necə qiymətləndirilir? - AÇIQLAMA

DogruXebər.az : - "Rüstəm Muradovun fəaliyyətini sülhyaratma missiyası baxımından müsbət dəyərləndirə bilmərik”.

Bu sözləri Sfera.az-a açıqlamasında artıq vəzifəsindən uzaqlaşdırılmış Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun fəaliyyətini dəyərləndirərkən, politoloq Nəsimi Məmmədli deyib:

"Bütövlükdə yanaşdıqda, Muradovun fəaliyyətini sülhməramlı missiya kimi dəyərləndirə bilmərik. Birinci növbədə ona görə ki, bu fəaliyyət ümumiyyətlə qanunvericiliklə tənzimlənmir. Rusiyanın rəsmi siyasəti də bu imkanı vermir. Çünki Moskvanın rəsmi siyasətində də eyni dərəcədə fərqli yanaşmalar var.
Muradov daha çox əsirlərin qaytarılması, erməni hərbçilərinin meyitlərinin tapılıb təhvil verilməsi, girov götürülmiş şəxslərin dəyişdirilməsi məsələsində aktivlik nümayiş etdirib. Belədə, mahiyyət etibarı ilə Muradovun fəaliyyətində sülhyaratma baxımından xüsusi nəzərə çarpan hansısa hərəkət olmayıb”.

Ekspert qeyd edib ki, Muradovun nə geniş şəkildə konkret olaraq Azərbaycana qarşı, nə atəşkəsin pozulması əleyhinə, yaxud da hər hansı bir digər qıcıqlandırıcı xüsusi nəzərə çarpan bəyanatları olmayıb:

"Ümumiyyətlə onun fəaliyyətində tərəfləri narazı salacaq hansısa açıqlamalara rast gəlinməyib”.

Bununla yanaşı, həmsöhbətimiz bildirir ki, Rusiya daha çox erməni tərəfinin maraqlarını müdafiə etdiyi üçün, Rüstəm Muradovun fəaliyyətində də bu amil açıq-aydın şəkildə görünüb:

"İlk dövrlər o, daha çox separatçı qüvvələrlə görüş keçirmək, fotolar paylaşmaq, ermənilərin maraqlarına uyğun məsələlərdə xüsusi fəallığı ilə diqqəti çəkirdi. Düzdür, sonradan bu tip məsələlərdə də müəyyən qədər səngimələr oldu”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər