Büdcə vəsaitləri necə mənimsənilir?  - TENDER MAXENASİYASI

dogruxeber.tv: - Son günlərin gündəm mövzularından biri də "Tender" mövzusudur.
Hansı ki, bu adla bir çox qurumlar dövlət büdcəsindən külli miqdarda pul mənimsəyirlər.

Bu əsasən katirovka sorğusu baş tutmadan bağlanan müqavilələr zamanı mümkün olur.

"dogruxeber.tv" İnformasiya agentliyinin redaksiyasına yaxınlarda daxil olan məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da tender elan etmədən, Dövlət Satınalma Portalında katirovka sorğusu baş tutmadan, həmçinin katirovka sorğusunun baş tutmama səbəbləri barəsində əvvəlcədən mediada məlumat vermədən "SİNAM" MMC İlə tender müqaviləsi imzalayıb.

Sözügedən məlumatla əlaqədar yaranmış suallarımızı cavablandırması üçün M.Fizuli adına Əlyazmalar İnstitutunun elektron ünvanına rəsmi sorğu göndərdik.

Lakin, əsaslı suallarımıza verdikləri "dilucu" əsaslandırılmamış cavabları isə o deməkdir ki, sözügedən institut bağlanmış müqavilədəki şübhəli məqamları ört basdır etməyə çalışır.

İnstitutun sorğumuza göndərdiyi cavabı olduğu kimi təqdim edirik:

"Sizin 14 sentyabr 2021-ci il tarixli, 65 saylı sorğunuza cavab olaraq bildiririk ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ERP sisteminə 2021-ci ildə texniki xidmətin göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinə müraciət olunmuş və həmin qurumda məsələyə aidiyyəti üzrə baxılmışdır. Həmin qurumdan institutumuza göndərilən 12 iyul 2021-ci il tarixli, AİBNDX 15/01-5/14993 saylı məktubla «SINAM» MMC-nin bir mənbədən satınalma metodunu tətbiq etməklə xidmət göstərməsinə etiraz edilmədiyi bildirilmişdir. Məktubda göstərilən və qanunla müəyyən edilmiş bütün tələblərə riayət olunmaqla «SINAM» MMC ilə birbaşa müqavilə bağlanmışdır.

Digər suallarınıza cavab olaraq bildiririk ki, «SINAM» MMC-nin texnoloji işlərdə təcrübəsi var, maliyyə sənədləri qaydasındadır. Uyğunluq sertfikatı da mövcuddur.

Hörmətlə, baş mühasib."

Amma, deyəsən sualımızı cavablandıran baş mühasib "qanunla müəyyən edilmiş bütün tələblərə uyğun olaraq" deyərkən prosedur qaydalarına görə əvvəlcədən müqavilə barəsində mediada 'tender" elanı verilməsi, həmçinin müqavilə imzala tələbi, həmçinin baş tutmayan katirovka sorğusunun baş tutmama səbəbləri barəsində media vasitəsilə ictimaiyyətə məlumat verilməsi tələblərini də yerinə yetirməli olduqlarını unudub sanırıq.

Odur ki, biz məlumatı olduğu kimi dərc etdik, araşdırıb, barəsində tədbir görmək isə aidiyyatı qurumların üzərinə düşür.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bütün xəbərlər