gundem / sosial
27.09.2021
Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb
dogruxeber.tv:- Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Yeni klinikadan "Report"a bildirilib ki, jurnalistin əziyyətində dəyişiklik yoxdur.
"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir", - xəstəxanadan bildirilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.


