Yaponiya-Rusiya münasibətləri: - Gərginlik durmadan artır

dogruxeber.tv: - Yaponiyada hakimiyyətə gələn Fumio Kisida Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olub. Yeni baş nazir Kuril adalarının 4-nün ölkəyə qaytarılmasını Kreml qarşısında ciddi tələb kimi qoyur. Rusiya buna görə çox qəzəblidir. Şimal dövləti Kisidaya cavab olaraq Yapon dənizində raket təlimlərinə başlayıb. Rusiya bu yolla Yaponiyaya hədə-qorxu gəlməyə çalışır.
Bizimyol.info xəbər verir ki, Kisida parlamentdəki debatlarda ölkənin suverenliyindən danışanda Cənubi Kuril ərazisini unutmaq lazım gəlmədiyini deyib. Onun sözlərinə görə, problemi gələn nəsillərə saxlamaq olmaz. Kisida şimal ərazilərinin geri qaytarılmalı olunduğunu bildirib. Yaponiyada Cənubi Kurili məhz belə adlandırırlar.

Asiya ölkəsinin əvvəlki baş naziri Sindzo Abe belə qətiyyətlə danışmırdı. O, ifadələri ehtiyatla seçirdi. Abe Kurili unutmurdu. Sadəcə, keçmiş baş nazir yalnız iki adanın adını çəkirdi. Amma Abe həmin iddianı da aşağı tonda səsləndirirdi. Buna görə də Rusiya illərlə Yaponiyanın mövqeyini ciddiyə almırdı.

İndi vəziyyət dəyişib. Kisida çox inamlı təsir bağışlayır. Yeni hökumət rəhbəri Rusiya ilə münasibətlərin korlanmasını vecinə almır. Hətta raket təlimləri də Kisidanın əhvalını korlamayıb.

Rusiya hesab edir ki, Cənubi Kuril öz ərazisidir. Kreml bu variantın qəbul ediləcəyi halda Yaponiya ilə sülh müqaviləsi bağlamağa hazırdır. Tokio da öz mövqeyində qalır. Yəni tərəflər güzəştə razı deyil.

Kisida o qədər inamlı danışır ki, sanki hərbi müdaxiləni də özü üçün qəbulolunan sayır. Həm Rusiya, həm də Çin mətbuatındakı yazılarda yeni baş nazirin ABŞ-a güvəndiyi xüsusi vurğulanır. Yaızlıb ki, Kisida baş naziri olan kimi hamıdan əvvəl ABŞ prezidenti Co Baydenə zəng vurub. Baydenin Yaponiyanın yanında olduğunu söylədiyi bildirilir. Rusiya və Çin mətbuatı yeni hökumət rəhbərinin məhz Vaşinqtona güvənərək inamlı danışdığına əmindir.

Vladimir Putin güzəştə getmək fikrini yaxına buraxmır. Kisida isə səlahiyyət müddəti ərzində problemi həll etməkdə israrlıdır. Rusiya inanır ki, ABŞ hərbi müdaxilə variantını qəbul etmir. Gərginlik sanki hər gün bir az da artır. Yaponiya-Rusiya münasibətləri son illərin ən ağır dövrünü yaşayır.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər