“Elçin Əliyevi mən öldürməmişəm” - Rövşən Əkbərov MƏHKƏMƏDƏ BELƏ DEDİ

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"dogruxeber.tv" "Report"a istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov müdafiə çıxışı edib.

O, R.Əkbərovun barəsində bəraət hökmünün çıxırılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxs qarşı qaldırılan mülki iddianın təmin edilməməsini tələb edib: "Rövşən Əkbərovun bu cinayətə adiyyatı yoxdur. Törətmədiyini cinayət əməlinə görə burda mühakimə olunur. Hadisə 20 il qabaq törədilib”.

Vəkil deyib ki, iş üzrə şahidlərin barəsində cinayət işi başlanmalıdır: "Şahidlərdən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov indiyə qədər 5 dəfə ifadə verib. O, 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Guya ki, Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Yaxşı deyibsə, indiyə qədər bu adam cinayəti niyə hüquq-mühafizə orqanlarına deməyib. Onun barəsində o zaman cinayət bilib gizlətdiyi üçün istintaq orqanı tərəfindən cinayət işi başlanmalıydı. Lakin biz bilirik ki, o, Rövşən Əkbərov barəsində yalan ifadə verib.

Digər şahid fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev də 4 dəfə istintaqda ifadə verib. Lakin o da ifadlərinin heç birində söyləməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deməyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib".

Daha sonra R.Əkbərovun digər vəkili isə çıxışa hazır olmadığını bildirib.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Məhkəmə iclası bitəndən sonra məhrhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib. O, oğlunun Rövşən Əkbərovun öldürdüyünü bildirib: “Ona silah verin oğlumu necə öldürübsə, məni də öldürsün”.

R.Əkbərov isə E.Əliyevi öldürmədiyini söyləyib.

Xatırladaq ki, ötən məhkəmə iclasında prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Oxunub: 842

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər