Zəngilanda yeni tarix yazılır... - Ehtiyatda olan polkovnik

dogruxeber.tv: - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu.

Oktyabr ayının 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olmaqla yanaşı, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

Zəngilan rayonuna növbəti səfərləri zamanı ölkə Prezidenti ictimaiyyət nümayəndələri ilə görüşündə qeyd edib ki, "böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır”. Zəngilanda "ağıllı kənd" layihəsi çərçivəsində 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur, turizm infrastrukturu formalaşdırılır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilir.

Dövlətimizin başçısı azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayır. Ölkə Prezidenti Zəngilan rayonuna səfərində də bu fikri xüsusi qeyd etmişdir ki, Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Yaxın aylarda baş plan təqdim ediləcək. Bütün təbii gözəlliklər nəzərə alınaraq müasir, çox gözəl şəhər, həmçinin kəndlər qurulacaq. Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması, ümumilikdə insanların üçün şəraitin yaradılması istiqamətində işlər görülür. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək.

Ölkə Prezidentinin işğaldan azad edilmiş rayonlara səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, “Böyük Qayıdış”ın qısa zamanda gerçəkləşəcəyinə işarədir.

Sərvər Məmmədov
Zəngilan sakini, ehtiyatda olan polkovnik
DİA.AZ

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər