Vaşinqton Qarabağa lupa ilə baxır - FAKT BUDUR!

dogruxeber.tv: - ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində Zəngəzur dəhlizinin açılması məsələsinə də münasibət bildirib. Bu o deməkdir ki, artıq ABŞ Qarabağdakı proseslərə və quruculuq işlərinə lupa ilə baxır. Səfirin sözlərinə görə, bölgədə sürətli bərpa işlərinin aparılması çox müsbət haldır. Litzenberger vurğulayıb ki, Amerika regional nəqliyyat və əməkdaşlıq dəhlizləri haqqında müsbət fikirdədir və bütün regional əlaqələrin qurulmasında çox maraqlıdır. Səfir regionun hər 3 ölkəsi arasında iqtisadi inkişafı təşviq edən bu cür addımları dəstəklədiklərini bildirib:

“Amerika tərəflərlə danışıqlar aparmağa davam edir ki, inkişafı dəstəkləyən addımlara öz töhfəsini versin”.

Amerika təmsilçisinin bəyan etdiyi məsələyə diqqət çəkən politoloq Əli Orucov “Şərq”ə bildirib ki, 44 günlük müharibə regionda bütün prosesləri və balansı dəyişdi, yeni düzən yarandı. Partiya təmsilçisi qeyd edib ki, müharibədən sonra region daha ciddi formada diqqət mərkəzinə gəldi:

“Münaqişə dondurulmuş vəziyyətdə olduğu zaman bölgədə maraqları olan dövlətlərin ziddiyyətləri, toqquşmaları açıq şəkildə baş vermirdi. Tərəflər münaqişənin həllində guya maraqlı olduqları görüntüsü yaradır, əslində isə prosesi uzadırdılar. Lakin torpaqlarımızın müharibə yolu ilə azad edilməsindən sonra bölgəyə baxış, yanaşma kökündən dəyişdi. Hətta 30 il ərzində, hətta müharibə dövründə belə Azərbaycana qarşı qərəzli mövqeyindən vaz keçməyən Fransa rəsmi Bakının sərt reaksiyası ilə Cənubi Qafqaz siyasətində redaktələr etmək məcburiyyətində qaldı.

Təbii ki, ABŞ-ın da regionda siyasi-iqtisadi maraqları var. Vaşinqton bölgənin yenidən şəkillənməsində kənarda qalmaq niyyətində deyil. O baxımdan son günlər Ağ Evin fəallaşması təbii qarşılanmalıdır. Zəngəzur dəhlizinin açılması, sadəcə, Rusiyanın marağında deyil. Bu dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsini təşkil edəcəyi və kommunikasiyaların çoxşaxəli olmasına xidmət göstərəcəyi üçün olduqca önəm kəsb edir. Təbii ki, belə mühüm bir dəhliz Amerikanın diqqətindən yayına bilməz. ABŞ səfirinin Gəncədə söylədikləri həm də Ermənistana, oradakı revanşistlərə mesajdır ki, müharibə artıq bitib. Regional kommunikasiyalara qarşı çıxmaq və yeni savaş arzulamaq Ermənistanı tamamilə fəlakətə sürükləyər.

Ona görə də hesab edirəm ki, bu cür mövqenin sərgilənməsi Azərbaycanın maraqlarına uyğundur”.

Oxunub: 428

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər