Sosial evlər, adi ipoteka və kirayə mənzil layihəsinin bir-birindən fərqi nədir? - AÇIQLAMA

dogruxeber.tv: - Aztəminatlı gənc ailələrin mənzillə təmin olunması son illər ən çox müzakirə olunan sosial məsələlərdəndir. Mənzil almaq üçün kifayət qədər nağd vəsaiti olmayan şəxslər üçün dövlət müxtəlif variantlar təqdim edir. Hazırda evi olmayan vətəndaşlara ipoteka, kirayə mənzil və güzəştli mənzillərlə bağlı dövlət proqramları həyata keçirilir. Bu sosial layihələrin bir-birtindən fərqi nədir? Ehtiyacı olan vətəndaşların həmin mənzillərə əlçatanlığı hansı səviyyədədir?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, sosial ipoteka İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləridir.

"Hazırda bu növ ipoteka üzrə verilən kreditlərin sayı 36130-dur. Bu ipoteka növləri üzrə ayrılmış vəsait 1.988 mln manatdan yüksəkdir. Adi ipotekada vətəndaşa ayrılacaq maksimum məbləğ 100 min manat, güzəştli ipotekada isə 150 min manatdır. İllik faiz dərəcəsi müvafiq olaraq 8 və 4%, müddət isə 25-30 ildir. Güzəştli ipotekada ilkin ödəniş 10%, adi ipotekada 15% təşkil edir" - deyə ekspert bildirir.

E.Kərimli qeyd edir ki, güzəştli ipoteka növü ən cəlbedici ipoteka növüdür. Lakin ona çıxış imkanı olan insanların siyahısı məhduddur.

"Müəyyən və ciddi tələblər var. Yaş məhdudiyyəti qoyulur. Lakin qiymət sərfəli olduğuna görə müraciət edənlər çoxdur. Bir tərəfdən də bu layihə üçün ayrılmış vəsait azdır. Ona görə çox insan bu layihədən faydalana bilmir. Digər səbəblərdən biri də güzəştli ipoteka ilə mənzil alanların bir çoxu ikinci mənzil kimi onu əldə edirlər, həqiqətən mənzilə ehtiyacı olanlar isə kənarda qalır. Bu layihəyə əsasən hazırda dövlət xətti ilə ipotekaya verilən mənzillər Bakı şəhərindədir. Bu layihənin regionları da əhatə etməsi məqsədəuyğun olardı. Həmçinin bu mənzillərin daha çox ehtiyacı olanlar və uyğun gəliri olub, mənzili olmayanlar üçün əlçatanlığı daha yaxşı olardı" - deyə E.Kərimli bildirir.

Sosial kirayə mənzillərində isə ilkin ödənişə ehtiyac yoxdur. Sadəcə müəyyən olunmuş kirayə haqqının 12 aylıq məbləği əvvəlcədən ödənilir:

"Aylıq kirayə haqqı isə mənzilin ümumi dəyəri 25 ilə, yəni 300 aya bölünərək müəyyənləşir. Hazırda bu layihə üzrə 1122 müqavilə bağlanıb. Bu, banklarla tikinti şirkətlərinin ortaq layhəsidir. Burada İpoteka və Kredit Zəmanət Fondu zəmanətçi kimi rol oynayr. Bu da vətəndaşların etibarını qazanmaq məqsədi daşıyır. Əslində bu layihənin aztəmiantlı, gənc ailələrə mənzilə çıxış imkanlarının asanlaşdırılması kimi həyata keçiriləcəyinə dair bəyanatlar var idi. Əvvəlcədən belə təqdim olunurdu ki, kredit faizləri hesablanmayacaq. Lakin hazırda mənzillərin satışı faizsiz elan olunsa da, faizlər əvvəlcədən hesablanaraq, ümumi qiymətin üzərinə gəlinib. Ona görə də qiymətlər çox yüksəkdir. Kirayə şərtləri ilə satışa çıxarılan mənzili nağd şəklində 3 dəfə ucuz qiymətə almaq olar" - deyə ekspert bildirib.

Son xəbərlər

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

Bütün xəbərlər