“BİZ GÖRÜRÜK Kİ, TƏXRİBATLAR RUSİYADAN QAYNAQLANIR...” - ABŞ XƏBƏRDARLIQ EDİR

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynaya münasibətdə “2014-cü ildə yol verdiyi səhvi təkrarlamamağa” çağırıb. virtualaz.org xəbər verir ki, Blinken bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə ötən gün Vaşinqtonda baş tutmuş görüşü zamanı danışıb.

Dövlət katibi bəyan edib ki, Moskva səhvə yol verə və Ukrayna sərhədlərinə qüvvə cəmləşdirdiyi bir vaxtda yenidən eyni ssenarini təkrar edib Ukraynanın suveren ərazilərinə müdaxilə edə bilər. Və bu zaman bəhanə kimi Ukrayna tərəfini hansısa təxribatlara yol verməkdə günahlandırar. Blinken vurğulayıb ki, bütün təxribatlar istisnasız olaraq Rusiyadan qaynaqlanır.

“Biz görürük ki, bütün təxribatlar Rusiyadan qaynaqlanır, qoşunların bütün bu hərəkətlərini, Ukrayna sərhədləri boyu cəmləşdirilməsini izləməkdəyik”,-dövlət katibi bəyan edib. Və Ukraynaya yaranmış vəziyyətdə “təmkin nümayiş etdirdiyi üçün” təşəkkür bildirib. Blinken əlavə edib ki, Moskvanın niyyətlərinin nədən ibarət olduğu barədə Vaşinqtonun aydın təsəvvürləri yoxdur. Bununla belə dövlət katibi ABŞ administrasiyasının Rusiyanın necə hərəkət etdiyini bildiyini vurğulayıb.

Dmitri Kuleba isə jurnalistlərə bildirib ki, ABŞ-a səfəri zamanı Bayden administrasiyasından Rusiyanın “yeni eskalasiya cəhdləri” barədə əlavə məlumatlar alıb. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinə təqdim edilən bu məlumatlar Kiyevin qənaətlərinə və analizinə uyğun gəlir, bunlara yeni elementlər əlavə edir və baş verənlərə dair tam mənzərəni görməyə imkan verir. Kuleba Ukrayna tərəfinin Belarusda baş verənlər barədə məlumatları ABŞ tərəfinə çatdırdığını da deyib. “Belarus potensial cəbhədir və ona məhəl qoymamaq olmaz”,-nazir bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Moskvaya əvvəlcədən anons edilməyən səfərə gəlmişdi və Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşmüşdü. Daha sonra CNN bildirdi ki, Uilyam Berns Rusiya qoşunlarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi barədə Moskvaya xəbərdarlıq etmək üçün prezident Bayden tərəfindən göndərilib.

Həmin nümayəndə heyətinin tərkibində yer alan amerikalı rəsmilərdən biri,dövlət katibinin ABŞ və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu məlumatı təsdiq edib. Bildirib ki, MKİ direktorunun başçılıq etdiyi Amerika nümayəndə heyəti həqiqətən Moskvada Rusiya qoşunlarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi məsələsini qaldırıb. Vaşinqtonun bu vəziyyəti diqqətlə izlədiyi və Ukraynanın suverenliyinə dəstəyin ABŞ xarici siyasətinin başlıca prioritetlərindən olduğu haqda xəbərdarlıq edib.



Bu arada sosial şəbəkələrdə Rusiyanın Ukrayna ilə sərhədlərə yaxın Voronej vilayətində çoxsaylı T-80 tanklarının cəmləşdirdildiyi düşərgənin görüntüləri yayılıb. Şahidlərin çəkdikləri videokadrlara görə, Voronej ətrafında, açıq səma altında çoxsaylı zirehli texnika yer alır. “Bax Voronejdə bu qədər tanklar var. Mən bilmirəm onların sayı nə qədərdir. Yəqin minlərlədir”,-kadrların müəllifi bildirir.

Voronej vilayəti ilə Ukraynanın Xarkov şəhəri arasında məsafə 300 kilometr təşkil edir, hansı ki, məlumatlara görə Rusiya irimiqyaslı hərbi müdaxilə həyata keçirsə bu vilayəti də zəbt edə bilər.

Rusiya ordusunun silahlanmasında minlərlə T-80 tankları var, onlar hazırda öz parametrlərinə görə köhnəldiyi üçün konservasiya edilib, amma məlumdur ki, Donbass separatçılarına çoxlu sayda bu cür tanklar verilmişdi.

Donbassda isə qarşıduran tərəflər bir-birlərinin mövqelərinə artilleriya zərbələri endirməkdə davam edir. Ötən gün axşamdan başlayaraq Ukrayna ordusunun mövqeləri Donetsk separatçıları tərəfindən artilleriya və minomyot atəşlərinə tutulub, cavab olaraq Ukrayna ordusu separatçıların Donetsk şəhəri ətrafındak mövqelərinə zərbələr endirib. (virtualaz.org)

Son xəbərlər

DSX-nin daha bir əsgəri vəfat etdi

İranda 88 gündən sonra internet qismən bərpa olundu

Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Beynəlxalq axtarışda olan türk vətəndaşı Bakıya gətirilir

Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır

Kanada viza müraciətlərinə məhdudiyyət qoydu

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

Livanda 24 saat ərzində 150 hədəf vurulub - İsrail açıqladı

Kaja Kallas: "Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq."

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

İspaniyada şok yaradan əməliyyat: Polis Baş nazir Sançezin partiyasına basqın etdi.

Xankəndi məhkəməsinə yeni sədr təyin edildi

Bu rayonlarda investisiya potensialı və biznes fürsətləri" mövzusunda işgüzar görüş keçirilib/FOTO

Bakıda məşhur bazar bağlandı – “Binə” və “Sədərək” isə…

Hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanıldı

İsrail Qəzzaya endirilən zərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürüldüyünü iddia edir

Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər

“Kəpəz” daha bir futbolçu ilə müqaviləni yeniləyib

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu

Bələdiyyə sədrinə silahlı hücum edilib- 6 nəfər həbs olundu

İsrailli nazir: “Trampa İranla müqavilə imzalamağa imkan verməyəcəyik”

Bakıda hava tamamilə alt-üst olur – Güclü külək və temperatur enişi gəlir

Azərbaycanda bayram namazı qılındı

Özbəkistan 20 milyon sərnişin üçün yeni hava limanı və aviasiya infrastrukturunun genişləndirilməsini planlaşdırır

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Avropa Şurası bu dəfə Azərbaycanı alqışladı

Hacıqabulda oğurluq edən iki nəfər həbs olundu

Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Bütün xəbərlər