“Muğanbank”dan istiqraz dələduzluğu - Yüzlərlə insan aldadıldı

“Muğanbank”ın vətəndaşlara qarşı dələduzluq əməlləri ortaya çıxıb.
"dogruxeber.tv" Bakupost.az-a istinadən xəbər verir ki, “Muğanbank”dan 10 illik alınan istiqrazlar heç bir bildiriş, xəbərdarlıq edilmədən ləğv edilib.
Hansı ki, həmin istiqrazın üzərində isə qeyd olunub ki, etibarlılıq müddəti 10 il bitdikdən sonra müştərilərə vaxt verilir.
Ancaq məlum olur ki, vətəndaşların xəbəri olmadan, 10 il bitməmiş həmin istiqrazlar ləğv edilib. Bununla bağlı müraciət edən vətəndaşlara nəinki istiqrazın faizi, hətta ona ödənilmir.

Məsələ ilə bağlı “Muğanbank”dan Bakupost.az -a bildirilib ki, 2011-ci ildən verilən istiqraz çeklərinin dövriyyəsi 2016-cı ildən dayandırılıb. Bu isə o deməkdir ki, istiqrazın üzərində göstərilən 10 il müddəti bitməmiş onlar ləğv edilb:
“Azərbaycan Respublikasının qanununa görə müvafiq olaraq, “Muğanbank” tərəfindən verilən həmin istiqraz çeklərinin 2016-cı il tarixindən dövriyyəsi dayandırılıb. Bu məlumat saytlarda dəfələrlə qeyd olunub. Ola bilsin ki, müştəri həmin vaxtlarda sayta daxil olmayıb və xəbəri görməyib. Bu, dövlət tərəfindən ləğv olunan bir haldır. Həmin tarixdən “Muğambank”ın “Muğamçek” adlı yeni layihəsinə start verilib. Sadəcə orada şərtlər daha fərqlidir. 2016-cı ildə həmin vətəndaş sonuncu tiraj tarixindən 730 gün ərzində aldığı istiqraz çekini geri qaytara bilərdi. Əgər qaytarılmayıbsa, bəli düzdür, o çek artıq ləğv olunub. Qeyd etdiyim kimi, saytda da nəyə görə həmin çekin ləğv olunduğu qeyd olunub. Vaxtında qaytarılmadığı üçün artıq mümkün olmayacaq”.
İqtisadçı ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, 10 il ərzində bank vətəndaşa bu istiqraz üzrə faiz dərəcəsini mütləq ödəməlidir:

“İstiqraz bankın vətəndaş qarşında borcudur. Necə ki, vətəndaş banka əmanət qoysaydı, orada da eyni şərtlərdir. Yəni, bank vətəndaşa deyə bilməzdi ki, gəl öz qoyduğun əmanəti vaxtından əvvəl götür. Belə şey ola bilməz. Yəni istiqraz ləğv olunubsa belə vətəndaşın pulu geri qaytarılmalıdır. Çünki vətəndaş ona görə pul verib. Onun pulunu bank geri qaytarmalıdır.
Bunun üçün vətəndaş öncə yazılı şəkildə həmin banka müraciət edib, pulunu tələb etməlidir. Eyni zamanda, Mərkəzi Banka da şikayət edə bilər. Çünki Mərkəzi Bank həm bank, həm də qiymətli kağızlar bazarına nəzarət edən orqandır. Yəni Mərkəzi Bankdan da xahiş edə bilər ki, tədbir görsünlər. Birinci təyin etsinlər ki, istiqrazı bank ləğv edə bilərmi?
Həqiqətən ləğv edə bilərdisə belə vətəndaşın pulunu geri qaytarmalıdır. Əgər bank və Mərkəzi Bank tədbir görməzsə, onda vətəndaş həmin bankı məhkəməyə verməlidir. Onların dediyinə görə saytda elan verilsə belə vətəndaşa məktub göndərilməli idi. Lap məlumatı vətəndaşa göndəriblər, vətəndaş gəlməyib, hətta bu halda da onun pulunu verməlidirlər. Burada başqa söhbət ola bilməz. Onsuz da Azərbaycanda qiymətli kağızlara etimad yoxdur və qiymətli kağızlar bazarımız çox zəifdir. Belə hallar bu etimadı tam sarsıdır”.

“Muğanbank”dan istiqraz dələduzluğu - Yüzlərlə insan aldadıldı

“Muğanbank”dan istiqraz dələduzluğu - Yüzlərlə insan aldadıldı

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər