Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?
ABŞ senatorlarından ibarət ikipartiyalı qrup müdafiə naziri Pit Heqsetə məktub göndərərək Ukrayna və Şərqi Avropadakı müttəfiqlər üçün 600 milyon dollarlıq yardımın nəhayət ayrılmasını tələb edib.
Nyus.Az xəbər verir ki, razılaşdırılmış Pentaqon büdcəsində 400 milyon dollar Ukrayna üçün, daha 200 milyon dollar isə Estoniya, Latviya və Litvadakı müdafiə proqramları üçün ayrılıb. Üç həftə əvvəl Heqse Konqresi vəsaitlərin "dondurulmadığıı" və 15 maya qədər xərcləmə planının təqdim ediləcəyinə əmin edib. Son tarix başa çatıb - heç bir plan yoxdur. Senatorların məktubunda deyilir: "Xüsusilə ABŞ qoşunlarının regiondan çıxarılması barədə məlumatlar nəzərə alınmaqla, hər hansı bir gecikmə, Rusiyanı çəkindirmək qabiliyyətimizi sarsıda bilər".
Məktubu Demokrat Dik Durbin və Respublikaçı Çak Qrassli, eləcə də Respublikaçılar Kevin Kramer və Tom Tillis, Demokratlar Maykl Bennet və Ketrin Kortez Masto imzalayıblar. Tillis sosial mediada Trampın müşavirlərini birbaşa "Ukrayna vətəndaşlarının sistematik şəkildə oğurlanması, təcavüzü, işgəncəsi və qətlinə görə Putini məsuliyyətə cəlb etməməkdə" günahlandırıb.
Onu da qeyd edək ki, Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmək və Ukraynaya 1 milyard dollarlıq hərbi yardım göstərmək üçün Demokratların təşəbbüsü Nümayəndələr Palatasında geniş vüsət alır. Bunun qanuna çevrilməsi ehtimalı azdır, lakin administrasiyaya təzyiqi artırır./nyus.az



