Rusiya Ukraynaya hücum edəcəkmi? - ŞƏRH

dogruxeber.tv: - Başlığa çıxarılan sual Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov müsahibəsindən sonra aktuallaşıb. Budanov deyib ki, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi hücumun necə həyata keçiriləcəyi mexanizmini də açıqlayıb: “Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Ayrıca, Belarus sərhədindən də kiçik qüvvə ilə hücum başlayacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq”.

Budanovun sözlərinə görə hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.

Vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinmoğlu Modern.az-a deyib ki, Kiril Budanov sıradan bir şəxs deyil.

“Ona görə onun müharibə xəbərdarlığını diqqətə almamaq olmur. Kreml Ukraynanın Donbası nəzarətə almaq planlarından narahatdır. Görünür, Rusiya kəşfiyyatı Kiyevin planları barədə Ukrayna ordusundakı və xüsusi xidmət orqanlarındakı xəfiyyələri vasitəsilə xəbərdar olub. Həqiqətən Ukrayna ona görə modern silahlar təhciz olunur ki, ərazi bütövlüyünü təmin edə bilsin.

Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayır. Bu Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı “vətəndaşlarını” qoruyacaq. Ancaq Budanovun açıqlamasından o da aydın olur ki, Rusiya Donbası işğal etməklə kifayətlənməyəcək, ilkin mərhələdə Mariupol və Odessanı da ələ keçirəcək.

Bu mümkündür. Ümumiyyətlə Kremlin 2104-cü ildəki planı beləydi ki, Krımın ilhaqından sonra Donbasdakı separatçı hərəkat Ukraynanın içərilərinə doğru inkişaf etməli, Mariupol, Odessa, Xarkov, Nikolayev, Dnepr, Xerson kimi şəhərlər Kiyevin nəzarətindən çıxarılmalı idi. Bu plan “Novorossiya” adlanırdı. Kreml Ukraynanı parçalamaq istəyirdi. Moskva “Kiyevdən şərqə bizim, Kiyev və qərb bölgələri sizin” prinsipindən çıxış edirdi. O zaman bu plan alınmadı və Kreml Krım, o cümlədən Donetsk və Luqanskla kifayətlənməli oldu. Mariupol və Odessa da az qala əldən çıxırdı, ancaq Ukraynada ordunun dağılması fonunda milli qüvvələr müqavimət göstərərək ölkələrinin tam parçalanmasının qarşısını aldılar”.

Politoloq deyib ki, Rusiya bu gün də Ukraynanı parçalamaq planından imtina etməyib.

“Maripuol və Odessa strateji liman şəhərləridir. Digər tərəfdən bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı da kifayət qədərdir. Ona görə Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır”.//dia.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər