gundem / siyaset / iqtisadiyyat
23.11.2021
Dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanıb - AÇIQLAMA
dogruxeber.tv: - “Hazırda dövlət satınalamları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər həyata keçirilir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanıb, müzakirə mərhələsindədir: “Eyni zamanda portalın da təkmilləşdirilməsi üzrə işlər aparılır”.


