gundem / sou
23.11.2021
“Veriliş aparıramsa bu demək deyil ki, mən peşəkar aparıcıyam”
dogruxeber.tv: - “İndi veriliş aparıramsa bu demək deyil ki, mən peşəkar aparıcıyam. Mən belə desəm sual vercəklər ki, bəs onda peşəkar aparıcılar, xalq artistlərimiz, illərin aparıcıları kimlərdir?”.
Bu sözləri aparıcı, aktrisa Oksana Rəsulova Moderator.az-a açıqlamasında bildirdi:
“Əslində hər üç sənət bir-biri ilə sıx şəkildə bağlıdır. Mən incəsənətə hind rəqsləri ilə başlamışam. Bu rəqsin özü də ifaçıdan aktyorluq, bacarıq tələb edir. Məni aktrisalığa hind rəqsləri gətirib. Daha sonra diksiya, düzgün tələffüz, danışığım formalaşandan sonra aparıcı kimi verilişlərə dəvət aldım. İndi veriliş aparıramsa bu demək deyil ki, mən peşəkar aparıcıyam. Mən belə desəm sual vercəklər ki, o zaman peşəkar aparıcılar, xalq artistlərimiz, illərin aparıcıları bəs onda kimlərdir?
Özümü hind rəqsləri ifa edəndə, həm də obraz canlandıranda rahat hiss edirəm. Kino mənim üçün çox önəmlidir”.
Oksana Rəsulova pandemiya dönəmində nümayiş olunan filmlərindən də danışıb:
“Bizim “Sevgi romanı” filmimiz pandemiyadan qabaq nümayiş olunsa da sonra dayandırıldı və yenidən nümayiş olundu. Biz elə bilirdik ki, bu filmi izləmək üçün tamaşaçılar kinoteatra gələcək. Amma gördük ki, əslində heç də bizim düşündüyümüz kimi olmadı. Filmi izləmək üçün çox az tamaşaçı gəlir. Kiminsə kinoteatra daxil olmaq üçün vaksini yoxdur, kimsə qorxur ki, kütlənin içinə çıxıb böyük zalda otursun. Bu səbəblərdən filmimizin çox az baxış sayı oldu. Çox istərdim əvvəlki zaman qayıtsın.
Kino elə bir şeydir ki, o yaradıcılıq, insanın ruhu ilə bağlıdır. Kino çəkərkən ilk növbədəyaradıcı heyətin özü həzz almalıdır, sonra tamaşaçı. Hesab edirəm ki, məhz bu səbədən pandemiyaya görə kino çəkilişləri dayanmamalıdır”.


