Hamının gözünü dikdiyi “Qara Cümə” endirimləri: - “Azərbaycanda yerli qaydalar işə düşür”

dogruxeber.tv: - Sabah yəni, 26 noyabr taxi "Qara Cümə" günü kimi qeyd olunacaq. Yəqin ki, bu günün özəlliyindən bir çoxlarınızın xəbəri var. Bu barədə məlumatı olmayanlar üçün əvvəla onu qeyd edək ki, İngiliscədə “Black Friday” adlanan bu gün, ABŞ-da noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükran günündən sonrakı Cüməyə verilən qeyri-rəsmi addır.
1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq "Qara Cümə" termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. “Qara Cümə” günü bir çox mağazalarda yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir. Xüsusilə də bu gün alış-veriş mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran günü axşam saatlarından başladırlar. "Qara cümə" günü ABŞ-dan başqa bir çox ölkələrdə keçirilir. Son illərdə Azərbaycan da bu ölkələr siyahısına qoşulub.

Azərbaycanda isə “Qara Cümə” günü digər ölkələrdən bir az fərqli keçirilir. Məsələn, Amerika və s. ölkələrdə həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. Lakin Azərbaycanda endirim faziləri daha aşağı olur və mağaza sahiblərinin qərarına görə dəyişir.

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, “Qara Cümə” günü Azərbaycanda yerli qaydalar işə düşür.

“Əslində “Qara Cümə” adlanan endirim aksiyası dünyada fərqli alqoritmlə yayılır. Çünki bizdə dünyanın məşhur brend şirkətlərinin birbaşa nümayəndəlikləri yoxdur. Dünyada olan məşhur brendlər endirim kampaniyasını edərkən bütün ölkələrdə eyni qaydalarla bunu edirlər. Azərbaycanda isə yalnız yerli nümayəndəlikləri var. Yəni onlar Azərbaycan ərazisində qiymətlərə və yaxud da vergilərə cavabdeh deyillər. Sadəcə, müqavilələr bağlanılır, məhsullar yerli nümayəndəliklərə verilir. Onların qiymət, vergi və s. siyasətinə qarışmırlar. Ona görə də bizdə bu bir az fərqlidir. Dünyadakı trendlə Azərbaycadakı sadəcə, görüntü olaraq eyni görsənir. Amma reallıqda dünyadakı qiymət endirimləri, məşhur brendlərin Azərbaycandakı yansıması çox zəif olur. Bizdə yerli qaydalar işə düşür.

Düzdür qiymətlərdə müəyyən enmələr olur. Amma bu, öncədən qiymətlərin yuxarı olması ilə əlaqəlidir. Zaman-zaman biz görürük ki, endirim kampaniyalarından öncə qiymətlər həddindən artıq yuxarı olur. Sonradan endirim zamanı 60-70 faiz arası qiymətlər salınır və əslində satış qiymətinə endirilir. Yəni əslində hansı qiymətə satmaq istəyirlərsə, endirim adı ilə elə həmin qiymətə qədər salırlar.

Beynəlxalq miqyasda baş verən proseslərlə bizdəkinin fərqi ondadır ki, 50, 60, 100 ölkədə birbaşa nümayəndəliyi olan məşhur brend bütün ölkələrdə eyni faiz dərəcələrində, eyni qaydalarda endirim aksiyaları keçirdirlər”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər