“Ermənilərin Ermənistana qaytarılması prosesi uğursuzluğa düçar oldu” - Baş komissar Sinanyan







Ermənilərin öz vətənlərinə qaytarılması (repatrasiyası) ilə bağlı həyata keçirilən dövlət proqramı gözlənilən nəticələri vermədi.

“Ölkə.Az” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri yanında diasporla iş üzrə baş komissarı Zara Sinanyan deyib.

Onun sözlərinə görə, dünyada yaşayan ermənilərin Ermənistana dönüşünü qeyri-mümkün edən ən əsas amil 44 günlük müharibədə aldığı ciddi psixoloji zərbədir. “Qarabağ müharibədən sonra bütün ermənilərdə milli təhlükəsizliyin pozulması hissi yaranıb”- o bildirib.

O əlavə edib ki, biz nəinki xaricdəki ermənilərin bura köçünün təşkilində, eyni zamanda burada köçüb yaşayan ermənilərin qalmasında ciddi problemlər yaşayırıq.

Sinanyan deyib ki, Ermənistanda olan Suriya ermənilərinin 60 %-dən çoxu buranı tərk edib, İraq ermənilərinin getməsi ilə bağlı göstəriciləri bundan daha yüksəkdir: “Odur ki, ermənilərin öz vətənlərinə qaytarılması baxımından gözlənilən nəticəni vermədi. Bu da uğursuz dövlət problemi ilə əlaqədardır. ABŞ-dakı erməni Nobel mükafatı laureatı ola bilər, Ermənistanda isə yox və yaxın gələcəkdə də olmayacaq” - Sinanyan əminliklə qeyd edib.

Diasporadakı erməni məktəblərinin vəziyyətinə gəlincə, Sinanyan bu sahədə də vəziyyəti çox pis olduğunu vurğulayıb: “Bir yerdə bir məktəb açılırsa, digər yerlərdə iki məktəb eyni anda bağlanır. Məsələn, 800 min erməninin yaşadığı Moskva vilayətində bir dənə də olsun erməni məktəbi yoxdur. Moskvada yalnız bir erməni məktəb var ki, orada erməni dili öyrənilir. Şərqdə diaspor ermənicə danışsa da, Rusiyada və Qərbdə vəziyyət daha pisdir” - Sinanyan bildirib.

Son xəbərlər

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Bütün xəbərlər