“Qarabağ klanı” Azərbaycanla düşmənçiliyi yenidən qızışdırır - NƏ ETMƏLİ?


dogruxeber.tv: - “Ermənilərdə məntiq, dərrakə, savad və gələcəyi görmək yoxdur. Baxmayaraq ki, özlərini hamıdan ağıllı aparmağı xoşlayırlar. Əslində isə özlərini hər sahədə biabır edirlər. Bu, iqtisadiyyat, sosial, siyasət, daxili dövlət quruculuğu və vətəndaş cəmiyyəti sahəsində açıq görünür. Onlar indi bizim 1990-cı illərdə olan vəziyyətimizə düşüblər və belə anlaşılır ki, oradan çıxmaq istəmirlər”.

Bunu politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq qeyd edib ki, hazırda Ermənistanda iqtisadi, siyasi və sosial durum olduqca pis vəziyyətdədir. Onun sözlərinə görə, əslində Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə xoş münasibətlərin qurulmasından asılıdır: “Buna şübhə də yoxdur. İqtisadi-ticari əlaqələrin yaranması, sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması Ermənistana böyük imkanlar qazandıra bilər. Bu halda orduya milyardlarla dollar xərcləməyə ehtiyac qalmazdı, milyonlarla Ermənistan vətəndaşı iş dalınca Rusiya, Avropa və ya Amerikaya üz tutmazdı. Əksinə, ölkəsində işləyər, dolanardı”.

Z. Əlizadənin fikrincə, Ermənistana Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaq, münasibətləri yaxşılaşdırmaq hava və su kimi lazımdır: “Bəs bunun əvəzinə ermənilər nə edir? Ermənistan şıllaq atır, anqırır, çığırır, bizi söyür. Niyə söyürsən ki, sonda gəlib səni vuraq? Bunumu istəyirsən? Türkiyə hara, sən hara? Türkiyə səndən azı əlli dəfə qüdrətli dövlətdir. Sözümün canı odur ki, bunların ağlı yoxdur”.

Politoloq əlavə edib ki, indi Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir: “Bu mübarizədə tərəflər bəllidir. “Qarabağ klanı” hakimiyyətə qayıtmaq istəyir. Köçəryan düşünür ki, bu, düşmənçilik dalğası əsasında baş tuta bilər. Paşinyan da eyni cəhdləri edir. O da düşmənçilik dalğasından istifadə etmək istəyir. Bunun isə erməni xalqına heç bir xeyiri yoxdur”.//reyting.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər