“Putinin Qarabağla bağlı sözlərində niyyət var, amma qətiyyət yoxdur” – Politoloq













“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya etdiyi səfərə böyük diqqət var. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyinin anonsunu vermişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-ə keçirildi”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu səfərə və onun nəticələrinə bir baxış da vardı:

“Bu baxış Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginliyin olması ilə bağlı yaranmışdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb” – deyənlər buna əsaslanırlar. Ancaq bunun üçün Azərbaycan da nəsə addım atmalıdır. “Nəsə” deyilən addım da Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü sayıla bilərdi. Hətta bu möbzu bir müddət əvvəl müzakirəyə də çıxarıldı və təşkilata üzvlüyün Azərbaycanın xeyrinə olacağı kimi fikirlər səsləndi. Ancaq “kim təminat verə bilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək” sualı da açıq qalırdı”.

Politoloq deyib ki, Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını ifadə edib:

“İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı, diqqəti Dağlıq Qarabağa da çəkdi və görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəklərini bildirdi.

Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcəyini bildirdi. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev ayrıca, onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.

Sözsüz ki, prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ məsələsi müzakirə olunub”.

Politoloq sonda bildirib ki, Putinin Qarabağla bağlı sözlərində niyyət var, amma qətiyyət yoxdur.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər