"Dönər" YEMƏYƏKMİ? - NƏ ETMƏLİ?


dogruxeber.tv: - Xəstəliklər sırasında qida zəhərlənmələri aparıcı yer tutur. Bu, özünü daha çox "fast-food" adlandırdığımız qidalarda, xüsusilə dönərdə göstərir.
Elə dünən Şəkidə də dönərdən zəhərlənmə hadisəsi baş verib.
Rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən “Gənclik” kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bakıda dekabrın 13-ü 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”də toyuq dönərindən zəhərlənmişdi.

Dönərdən zəhərlənmə halları ilə bağlı danışan qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev açıqlamasında bildirib ki, qidanın hazırlanması ilə bağlı tətbiq olunmuş standartlar var:

"Müəyyən edilmiş qaydalara riayət etmirlər deyə zəhərlənmə halları baş verir. Bu məsələlərə nəzarət birbaşa AQTA-nın səlahiyyətindədir. Ölkədə hazırlanan, tədarük , idxal və ixrac edilən bütün qida məhsulları ilə əlaqəli mövzular Qida Təhlükəsizliyi Agentliyinin ixtiyarındadır. Lakin zəhərlənmə halı heç də AQTA-nın günahı ucbatından baş vermir. Çünki AQTA bu məsələləri tənzimləyən sənəd hazırlayıb. Amma sənədə riayət olunmadığına görə zəhərlənmə xəbərləriylə rastlaşırıq".

E.Fərzəliyev sənəddə ət xammallarının saxlanma müddəti və şəraitinin qeyd edildiyini vurğulayıb:

"Görünür, dönər hazırlanması üçün nəzərdə tutulan ət saxlama qaydalarına riayət edilmədən saxlanılıb. Ola bilər ki, ət bişiriləndən sonra bir neçə gün qalıb, istifadə edildikdə isə zəhərlənməyə səbəb olub. Ətin tərkibində zəhərin olmasına inanmıram. Broyler toyuqlarının tərkibində hormonlarla qarşılaşmaq olar. Çünki onların intensiv böyüməsini sürətləndirən amil toyuqlara verilən hormonlardır. Mövcud halda nədən zəhərləndiyini bilmək üçün hadisə baş verən ərəfədə analiz etmək lazımdır”.//sherq.az

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər