Nazirlik məktəblərə nəzarətin çətin olduğu vaxtda bağçalarla nə edəcək? - “Pul yığılmayacaq....”

dogruxeber.tv: - Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Pandemiya dövründə məktəblərlə bağlı iş mexanizminin çətin olduğu bir vaxtda nazirlik bağçalara nəzarəti necə həyata keçirəcək?

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya təhsil eksperti Kamran Əsədov bildirib ki, 2011- ci ildən uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq, İcra Hakimiyyətlərinə verildi. Bunun əsas məqsədi idaraetmədə çevikliyin təmin dilməsi və s. məsələlər idi: “Amma 10 il bundan əvvəl verilən qərarlarda nəzərdə tutulan hədəflərə çatılmadı. Gördük ki, İcra Hakimiyyətləri uşaq bağçalarının inzibati ərazilərini cəmləşdirdilər, satdılar, maddi- texniki baza inkişaf etmədi. İcra Hakimiyyətləri hədəflənən nəticəyə çata bilmədi. Yenidən uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi bir sıra mövcud problemləri aradan qaldıracaq. Birincisi, uşaq bağçalarına qəbulda indiyədək neqativ hallar var idi. Yəni ailə müraciət edəndə yer olmurdu, bağça rəhbərinin tələbindən sonra yer tapılırdı.

İkinci məsələ budur ki, işə qəbul zamanı şəffaflıq yox idi. Orta ixtisaslı şəxslər işə qəbul prosesini təşkil edirdilər. Bu da qanunverciliyin tələblərinin pozulması idi. Tədris zamanı keyfiyyət də müşahidə edilmirdi. Bunlar əslində ciddi məsələlər idi”.

Ekspertin fikrincə, bir məsələ də ondan ibarət idi ki, məktəbəqədər hazırlıq qruplarına qəbulda şagirdlərin sayı ilə bağlı məlumat olmurdu:

“Artıq bağçalar Təhsil Nazirliyinə qaytarılandan sonra bütün yaş həddində olan siniflərlə bağlı elektron baza, məlumat sistemi olacaq ki, bu da yaxşı haldır”.
Təhsil eksperti bildrib ki, bu addım müsbət təcrübə olacaq və ən çox da əsassız qəbulları, pul yığımı kimi neqativləri aradan qaldıracaq. Qeyd edək ki, sözügedən təhsil müəssisələri 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi.

Son xəbərlər

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

Bütün xəbərlər