Vətəndaş Prezident aparatının  qarşısında intihara cəhd etdi - ŞOK  GÖRÜNTÜLƏR// VİDEO

21-ci əsr ölkəmiz üçün uğurlu gəldi. Ən böyük uğurumuz o oldu ki, 30 ildir, Yəni 20-ci əsrin sonlarında işğal edilmiş torpaqlarımız Azərbaycanımızın qeyrətli oğullarının şücaəti sayəsində düşmən tapdağından azad edildi, ölkəmiz bir çox sahələrdə inkişaf etdi və bu inkişaf ilbəil davam etməkdədir. Amma, nə yazıq ki, yeni əsrdə məmur sarıdan heç bəxti gətirən xalq olmadıq. Xalq arasında məmurların narazı saldığı kütlə nəinki ilbəil, nəinki ayba-ay, hətta günbəgün artmaqdadır. İstər bəzi nazirliklər, istər millət vəkilləri, istər prokurorluq, istər məhkəmə, istər İcra Hakimiyyətləri, istər bələdiyyələr, istər səhiyyə, istər təhsil, istər Sosial, istər iqtisadi və sair... Demək olar ki, ölkədə bütün sahələrdə fəaliyyət göstərən yüksək rütbəli məmurlar, böyük-kiçik fərqi yoxdur, səlahiyyət sahibləri işi-vəzifəsi sanki, insanları yormaq, onları intihar həddinə çatdırıb, ölümünü yaxınlaşdırmaqdan ibarətdir. Deyəsən, Cənab Əzarilin istəmədiyi halda belə, bizim əksər məmurlarımız Cənab Əzarilə "könüllü köməkçi" vəzifəsini icra etməkdə öhdəlik götürüblər.

Artıq, bir neçə ildir ki, ölkəmizdə intihar və intihara cəhd etmə halları azalmaq yerinə artmaqdadır.

Deyəsən "21" rəqəmi ümumiyyətlə xalqımız üçün məmur sarıdan "düşərli deyil". 2021-ci ildə hər gün bir neçə məmur özbaşınalığından cana doymuş insan intihar edir, yaxud intihara cəhd edir.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü, Ağayev Damət Ağakişi oğlu da məmurlar və bəzi hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə hüquqları pozulan vətəndaşlardandır.

Damət Ağayevin kimlərdən hansı şikayətlərinin olduğunu təkrar yazıb, izləyicilərimizi yormaq istəmirik.



Xatırladaq ki, vətəndaş bir müddət əvvəl də "dogruxeber.tv" İnformasiya agentliyinə müraciət etmişdi.



Lakin, məsələdən uzun müddət keçməsinə baxmayaraq, hələ də onun şikayətçi olduğu məsələ həllini tapmamış qalıb. Bu durumdan artıq səbri tükənən vətəndaş Damət Ağayev bir neçə gün öncə özünü yandırmaqla, intihara cəhd etdi. Ətrafda olan polis əməkdaşları tərəfindən yanğını söndürülüb və o polis bölməsinə aparılıb. İzahat alıb, şikayətinə baxılacağına söz verib evə buraxıblar.

Damət Ağayev bu durumdan da narahatdır. O bu kimi izahatların, dinləmələrin çox olduğunu, lakin, heç birinin bir faydası olmadığını deyir.
Ətraflı videogörüntülərdə:

Məlumatda adıçəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

dogruxeber.tv

Oxunub: 1 049

Son xəbərlər

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Bütün xəbərlər