Məgər Xocalı rayonu Ermənistan ərazisidir? – Dekabrın 29-da təhvil verilmiş erməni ilə bağlı sual…

dogruxeber.tv: - Dünən axşam saatlarında digər media qurumlarıyla yanaşı xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, dekabrın 29-da yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olmuş erməni əsilli mülki şəxs - Verdyan Armen Abrikoviç humanizm prinsiplərinə sadiq qalınaraq Ermənistana təhvil verilib.

Moderator.az-ın araşdırmasından bəlli olur ki, söhbət Xocalı rayonunun Ballıca kəndində məskunlaşmış erməni Verdyan Armen Abrikoviçdən gedir.

Erməni mənbələri, eləcə də Rusiya nəşri olan “Sputnik Armeniya” və “Regnum” xəbər portallarının yaydığı məlumatdan da belə çıxır ki, ermənilərin “Dağlıq Qarabağın Əsgəran rayonunun Ayqestan kəndi” adlandırdığı Xocalı rayonunun Ballıca kəndinin bəhs edilən sakini Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçdikdən bir müddət sonra hərbçilərimiz tərəfindən Rusiya sülhməramlılarına təhvil verilib. Daha sonra Rusiya hərbçiləri həmin şəxs erməni tərəfinə(Rusiya və erməni nəşrləri konkret olaraq “Stepanakert”ə təhvil verildiyini yazır) verib…

Ziddiyyət ondadır ki, dövlət komissiyasının yaydığı məlumatı oxuduqda ilk baxışdan belə məntiqi nəticə çıxır ki, A.Verdyan Ermənistan ərazisindən azaraq Azərbaycan ərazisinə keçib. Və ona görə də o, hərbçilərimiz və ya digər qurum əməkdaşları tərəfindən Ermənistana təhvil verilib. Halbuki, bu halda məlumatda erməni sakinin “Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə” deyil, Azərbaycan Respublikası ərazisinə keçdiyi qeyd olunmalıydı…

Digər tərəfdən isə, Rusiya Ermənistan KİV olayın keçmiş Dağlıq Qarabağ, konkret olaraq Azərbaycan Respublikası Xocalı rayonu ərazisində baş verdiyini yazır. Və həmin xəbərlərdə Azərbaycan tərəfinin sözügedən erməni sakini elə Qarabağ ərazisində Rusiya sülhməramlılarına təhvil verdiyi bildirilir.

Belə hesab edirik ki, əgər hadisə doğrudan da Azərbaycanın Qarabağ torpaqlarında baş veribsə, sözügedən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasi yaydığı rəsmi məlumatda A.Verdyanın “Ermənistan”a yox, “erməni tərəfi”nə təhvil verildiyini qeyd etməli idi. Və təbii ki, Xocalı rayonunun Xankəndi şəhəri yaxınlığındakı Ballıca kəndində yaşayan erməni sakinin azaraq Ermənistan ərazisinə keçib oradan da yenidən dağ, meşə əraziləriylə Azərbaycan ərazisinə keçməsi ehtimalı çox cüzidir…

Xülasə, anlamaq olmur ki, Rusiya və Ermənistan nəşrləri yalan məlumat yayıb, yoxsa sözügedən dövlət qurumumuz yanlışlığa yol verib…
Materialı hazırlayarkən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi internet saytında təqim edilən qaynar xəttinə(8161) və 3 əlaqə nömrəsinə((+994 12) 405 71 22, 405 85 79, 405 99 79) dəfələrlə zəng etsək də, cavab verilmədi…

Ümid edirik ki, bəhs edilən dövlət komissiyası və digər müvafiq qurumlar Azərbaycan Respublikasının ərazi bütövlüyü üçün bu ciddi məsələyə tezliklə aydınlıq gətirəcək.

Oxunub: 536

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər