Bir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTO

"dogruxeber.tv" xəbər verir ki, Yanvar ayının 13-də gecə saatlarında Abşeron rayon, Novxanı qəsəbəsi, yeni yaşayış massivində, "Qurd dərəsi" adlanan ərazidə yerləşən Yusifov Qəhrəman Etibar oğluna məxsus mənzildə oğurluq hadisəsi baş verib.

Gecə saatlarında mənzilə daxil olan oğrular bir neçə əşyaları qırmış, evdəki krosna antenna idarəetmə aparatı, ev sahibinə məxsus qiymətli parfum və digər bəzi əşyaları götürmüşlər.

Bir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTOBir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTO
Qeyd edək ki, hadisə baş verən mənzilin sahibi, eyni zamanda Qarabağ müharibəsi veteranı Qəhrəman Yusifov redaksiyamıza bildirib ki, 2016-cı ildən Abşeron rayon Mühafizə idarəsi ilə mənzilinin mühafizəsi üçün müqavilə imzalayıb. Müqavilə üçün ondan əvvəlcə 1.800 (,min səkkiz yüz) AZN məbləğ tələb olunub. O, maddi imkanları xaricində olan bu məbləği ödəməkdən imtina edib. Sonra şəxsi tanışlıq əlaqələrindən istifadə edərək, ödəniş məbləğinə güzəşt edilərək, 1.200 (min iki yüz) AZN-ə qədər azaldılıb. Beləliklə Qəhrəman Yusifov 1.200 (min iki yüz) AZN məbləği ödəyərək, idarə ilə mühafizə müqaviləsini imzalayıb. Artıq, 6 ildir ki, Q.Yusifov mühafizə idarəsinə hər ay 30 (otuz) AZN ödəniş ödəyir.

Müqaviləyə əsasən idarə tərəfindən mənzildə mühafizə kameraları quraşdırılıb. Mühafizə idarəsi ilə müqavilə imzalandığından bəri artıq 3-cü dəfədir ki, eyni hadisə baş verir. İlk cəhdi xəbərdarlıq siqnalizasiyasının işə düşməsi səbəbindən uğursuz alınan oğrular, ikinci və budəfəki - üçüncü cəhddə ev sahibinə xeyli miqdarda maddi ziyan vurublar.

Qəhrəman Yusifovun sözlərinə görə təhlükəsizlik siqnalının xəbərdarlığına baxmayaraq, mühafizə idarəsinin əməkdaşları, olay yerinə gecikib. Məhz bu səbəbdən mənzildə dağıntılar və əşyaların sındırılması, həmçinin rahatca götürülməsi üçün oğruların kifayət qədər geniş zamanı olmuşdur.

Odur ki, Qəhrəman Yusifov yüksək məbləğ qarşılığında müqavilə imzaladığı, həmçinin mənzilini qorumaları üçün illərdir hər ay ödəniş etdiyi mühafizə idarəsinin fəaliyyətindən narazıdır.

Hadisə ilə bağlı Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisələrin təfərrüatları və görüntüləri növbəti yayımda təqdim ediləcəkdir.

dogruxeber.tv
Bir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTOBir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTO

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər