gundem / iqtisadiyyat
28.01.2022, 15:17
2022-ci ildə üzən məzənnəyə keçid edilə bilər? - AÇIQLAMA
“Cari ildə məzənnə ilə bağlı yeni rejimə keçid edilməsi istiqamətində hər hansı bir addımın atılacağı gözlənilmir”.
"dogruxeber.tv" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, bu proses çox ciddi hazırlıq tələb edir:
“Ortamüddətli dövrdə Mərkəzi Bank bu istiqamətdə düşünməlidir və düşünür, beynəlxalq təcrübə öyrənilir, məsləhətləşmələr aparılır”.


