Deputatın kürəkəni ilə bağlı 2 milyonluq qalmaqalın detalları - İLGİNC GƏLİŞMƏ

dogruxeber.tv: - Xətai Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin keçmiş əməkdaşı 2 milyonluq dələduzluqda suçlanır. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlanan Elvin Həşimli həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam növündə qətimkan tədbiri seçilib.

Həşimlinin işində zərərçəkmiş qismində tanınan da elə onun öz tanışı Möhkəm Səmədovdur. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq polis əməkdaşı birgə biznes adıyla tanışının pulunu alıb və qaytarmayıb.

Yatırım hara gedib

Birinci dəfə siqaret satışından gəlir əldə etmək adıyla Möhkəm Səmədovdan 110 min manat pul alınıb. Aylıq qazanc olaraq, birinci dəfə ona 7 min 500, ikinci dəfə isə 10 min 200 manat pul verilib.

İş materiallarına əsasən, daha sonra Həşimli mobil telefon mağazası açmaq adıyla tanışı Səmədovdan 500 min manat da alıb. Növbəti ayda həmin puldan 9 min 600 manat ona qazanc verib.

Növbəti mərhələdə isə Səmədov avtomobil ehtiyat hissələrinin satışı üçün iki dəfəyə ümumilikdə 200 min dollar və 59 min 500 manat pul yatırıb. Bir ay sonra tanışı Həşimi bu işə görə ona 10 min 600 manat qazanc verib.

Zərərçəkmiş qismində tanınan Səmədovun sözlərinə görə, Həşimli deyib ki, əgər yatırılan vəsait artırılarsa, qazancın da məbləği arta bilər. Ona görə bu işə daha 90 min dollar yatırıb.

İddiaya görə, son nəticədə tanışı Həşimli ilə ümumi işlərə cəmi 2 milyon 539 min manat pul yatırıb. Təxminən 480 min manat da qazanc götürüb. Qalan vəsaiti ələ keçirməkdə suçlanan Həşimliyə qarşı CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Sonra uğursuzluq olub”
Həşimli dələduzluq ittihamını qəbul etmir. Deyir ki, bu işdə söhbət dələduzluqdan yox, uğursuz biznesdən gedə bilər: “Birgə biznes olub, qazanc olanda bölünüb. Sadəcə, sonra uğursuzluq olub. Mənim heç kimə qarşı dələduzluq etmək niyyətim olmayıb, yoxdur. Pulu da qaytarmağa çalışıram”.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları fevralın 2-də davam edəcək.

Elvin Həşimlinin atası Elçin Həşimov Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisidir. Mediada yayılan məlumatlara görə, Həşimli, eyni zamanda, deputat Elman Məmmədovun kürəkənidir.

Zərərçəkmiş Səmədov müxtəlif qurumlara şikayətlərində təqsirləndirilən şəxsin həbsini tələb edir. O iddia edir ki, Həşimli atası və qayınatasının sayəsində azadlıqdadır. (Gununsesi.info)

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər