gundem / hadise
5.02.2022, 13:00
Maşın qaçıran şəxs saxlanıldı
Bakıda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "dogruxeber.tv"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



